Dövlət şirkətindən gündəlik yemək üçün 1,8 milyon manatlıq sifariş
Azərbaycan Sənaye korporasiyasına daxil olan "Azəralüminum" MMC "İşçilərin gündəlik yeməklə təmin edilmə xidməti (2 illik yemək xidmətləri)" üçün keçirdiyi tenderi yekunlaşdırıb.
Marja xəbər verir ki, qalib şirkət "Sağlam Catering" MMC-dir.
"Azəralüminum" qalib şirkət ilə məbləği 1 milyon 775 min 664 manat olan müqavilə imzalayıb.
"Azəralüminium” MMC Azərbaycan Respublikasının əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium – oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat (alüminium vərəq-lövhə, zolaq hər iki üzü boyanmış vərəq və lövhə, billet, külçə və rulon şəklində) məhsullarının istehsalı sahəsi üzrə aparıcı şirkətdir. “Azəralüminium” MMC-nin “Gəncə Alüminium Kompleksi” Gəncə şəhərində yerləşir. Kompleksin tərkibinə 4 zavod (Elektroliz Zavodu, Anod Prosesləri Zavodu, Metal Tökmə və Fasiləsiz Yayma Zavodu, Təzyiqlə Emal və Boyama Zavodu), 2 köməkçi sahə (110 kvt-luq və Silisium Düzləndirici Yarımstansiya, Mexaniki Təmir Stansiyası) və sosial obyektlər daxildir.
“Sağlam Catering” şirkəti 2017-ci ildə təsis edilmişdir. Verilən məlumata görə, Şirkət istənilən mürəkkəblikdə sifarişin həyata keçirilməsi üçün bütün lazımi avadanlıq və fərdi inventara malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
24 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 40 d. əvvəl
-
59 d. əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
2 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
4 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
Ən çox oxunanlar
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib


























