“Azəriqaz”ın Baş direktorundan "338 manat pul və xəsarət" ilə bağlı açıqlama
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev istehlakçılara müraciət edib.
Marja xəbər verir ki, müraciətdə deyilir:
“Azəriqaz” təbii qaz təchizatı sahəsində kommunal xidmət göstərən dövlət müəssisəsi olaraq, fəaliyyətində yüksək keyfiyyət və operativ xidmət təqdim etməklə yanaşı, sahə üzrə qanunvericiliyin tələblərinə ciddi riayət etməsini əsas vəzifə kimi dəyərləndirir. Abunəçilərimizə münasibətdə qazın istifadəsi nəticəsində yaranmış borcun ödənilməsi ilə əlaqədar problemlərin həlli istiqamətində əsasən danışıqlar yoluna üstünlük verilir, bu mümkün olmadıqda isə məhkəmə qaydasında məsələyə baxılır.
Belə məsələlərdən biri də Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1560/2020 iş nömrəsi üzrə 18.08.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi təşkil edir. Cəlilabad rayonu Komanlı kənd sakini cavabdeh Əbilov Xosrov Təvəkgül oğlunun İstehsalat Birliyinin xeyrinə cəmi 338 manat pul ödəməsi qət olunsa da, cavabdeh borcun ödənilməsindən boyun qaçırır. “Qaz təchizatı haqqında” qanunun 13.6 maddəsinə və Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”nın 6.1.4 yarımbəndinə görə, istifadə olunmuş qazın dəyərinin ödənilməməsi qazın verilişinin dayandırılması üçün əsasdır. Qanuni qüvvə almış qətnaməni rəhbər tutaraq, sahə üzrə qanunvericiliyin tələbləri gözlənilərək 22 sentyabr 2021-ci il tarixində qazın verilişinin dayandırılması ilə əlaqədar işlər icra edilərkən cavabdeh 1966-cı il təvəllüdlü qaynaqçı Fərəcov Mətləb Aşur oğluna müxtəlif dərəcəli bədən xəsarəti yetirib, onun üst paltarını cıraraq yararsız hala salıb. Baş vermiş olay müvafiq qaydada aktlaşdırılmış və X.Əbilovun hərəkətindən hüquq-mühafizə orqanına şikayət edilib.
Məlum olduğu kimi qanunvericiliyin tələblərinin gözlənilməsi bütün fiziki və hüquqi şəxslərin, o cümlədən qaz təchizatı ilə əlaqədar yaranmış münasibətlərin iştirakçıları olan həm qaz paylayıcısı, həm də istehlakçı üçün əsas vəzifədir. Nəticə etibarı ilə mən də daxil olmaqla hamımız istehlakçıyıq. Bu prizmadan da irəli gələrək istehlakçıların müraciətlərinə (təklif, istək, şikayət, təşəkkür) daim açıq və əlçatanıq, onlar tərəfindən qaldırılan məsələlərə həssaslıqla yanaşırıq. Unutmayaq ki, təhqirə və fiziki təzyiqə məruz qalan işçimiz də bir istehlakçı, valideyn, övlad və Azərbaycan vətəndaşıdır. “Azəriqaz” dövlət müəssisəsi olaraq öz koorporativ maraqlarını insan və vətəndaşın hüquqlarının üzərində deyil, onların bir istehlakçı kimi hüquqlarının, maraq və mənafelərinin qorunması üzərində qurur.
O, vətəndaş cəmiyyətində müsbət davranış modelinin formalaşdırılması üçün sosial şəbəkələrin imkanlarını, bu şəbəkədə təmsil olunan, o cümlədən sahə üzrə nüfuz sahibi olan iştirakçıların rolunu nəzərə alaraq, sizlərə səslənərək xahiş edir:
- zorakılığın hər hansı bir formasına dözümsüzlük nümayiş etdirilməsində, onların ictimai qınanmasında;
- qarşılıqlı anlaşma və hörmət əsasında problemlərin həll olunmasında bundan sonra da səylərinizi əsirgəməyin.
Biz sizlərə xidmət göstərməyimizlə fəxr edir, “Azəriqaz”a münasibətdə qazandığımız müştəri məmnunluğundan qürür duyuruq!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 12 d. əvvəl
-
26 d. əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
30 d. əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
37 d. əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
- 39 d. əvvəl
-
2 saat əvvəl
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
-
2 saat əvvəl
Rusiya, İran və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb
-
2 saat əvvəl
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
-
3 saat əvvəl
AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
Ən çox oxunanlar
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
“MOJO AZ BOKT" bazara daxil olmaqdan imtina edib
Azərbaycana turist axını 5 faizdən çox artıb
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
SOCAR və Samsung E&A anlaşdı






















