Uber gəlir və mənfəət proqnozunu artırdı, səhmləri “uçdu”
Tarixində ilk dəfə mənfəətə çıxa bilər...Qlobal texnologiya şirkəti, aylıq aktiv istifadəçi sayı 93 milyondan çox olan Uber gəlir və mənfəət proqnozunu yeniləyib.
Marja xəbər verir ki, şirkət ABŞ-ın Qiymətli Kağızlar və Mübadilə Komissiyasına (SEC) təqdim etdiyi sənəddə 2021-ci ilin 3-cü rübü üzrə 25 milyon dollara yaxın EBITDA (faiz, vergi və amortizasiya xərclərindən öncəki mənfəət) gözlədiyini bildirib.
Cari rüb üzrə Uber-in toplam sifarişlərinin (həm taksi, həm kuryer xidməti üzrə) həcminin 23 milyard dollardan çox olması gözlənilir. Şirkət həmçinin, bu ilin sonuncu rübündə 100 milyon dollara yaxın EBITDA gözləyir.
Xəbərdən sonra Uber-in səhmləri 7% bahalaşıb.
Xatırladaq ki, 2009-cu ild Ubercab kimi yaranan və ABŞ taksi bazarının 70%-dən çoxunu əlində saxlayan şirkət indiyə qədər mənfəətə çıxa bilməyib. Uber-in 2019-cu ildəki toplam zərəri 8 milyard dollardan çox, 2020-ci ildə isə 6,8 milyard dollar olub. Şirkət hazırkı nəticələri ilə tarixində ilk dəfə rübü mənfəətlə başa vurmağa yaxındır.
Həmçinin oxu
"Uber" Bakıda kuryer xidməti də göstərməyə başladıMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 10 d. əvvəl
- 41 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
“A-Qroup Sığorta Şirkəti”ndə yeni təyinat
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
Ən çox oxunanlar
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















