''Gəncə İş Adamları'' Birliyi ilə Cənubi Koreyanın səfiri arasında görüş keçirilib
Bugün ''Gəncə İş Adamları'' İctimai Birliyi ilə Cənubi Koreyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Tonq Op Kim ilə olduqca məhsuldar alınan görüş keçirildi.
Birlikdən Marja-ya daxil olmuş məlumata görə, görüşdə İdarə Heyətinin Sədri Zəfər Məmmədov, İdarə Heyətinin üzvləri, həmçinin Gəncə Tekstil ASC-nin müşahidə Şurasının Sədri Qabil Əliyev və "Starmining" MMC-nin İcraçı Direktoru Tural İsgəndərov iştirak ediblər.
Görüşdə ''Gəncə İş Adamları'' nın fəaliyyəti ilə bağlı cənab səfirə məlumat verilib.
Səfir bu günə qədər Gəncə şəhəri ilə sıx əlaqələrin olmadığını təəssüf hissi ilə qeyd edib. Məhz buna görə də ilk növbədə Koreya İş Adamları Palatası ilə ''Gəncə İş Adamları Birliyi'' arasında əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub. Müzakirələrin ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafına böyük təkan verəcəyinə inandığını deyib. Həmçinin yaxın gələcəkdə Koreya İş Adamları Palatasının Gəncə şəhərinə səfəri ilə bağlı müzakirələr aparılıb. Cənab səfir Tonq Op Kim səfərdən məmnunluq duyacağını bildirib.
Gələn il Cənubi Koreya ilə Azərbaycan dövlətləri arasında qarşlılıqlı əlaqələrin başlanmasının 30 illiyi qeyd olunacaq. Növbəti illərdə əlaqələrin mütləq şəkildə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşün sonunda səfirə dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunan əl işləri, eləcə də digər xatirə hədiyyələri təqdim olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)








