Kofe qiymətləri bu il 50%-ə yaxın bahalaşıb - QITLIQ GÖZLƏNİLİR
Pandemiya və quraqlığa görə gələn ilə də ümid yoxdur...Kofe qiymətlərində bahalaşmanın növbəti ildə də davam etmə ehtimalı böyükdür.
Marja xəbər verir ki, bu barədə bazarı tədqiq edən Fitch Solutions bildirib.
Ən məşhur qəhvə növlərindən olan arabica-nın fyuçers qiymətləri bu il 45,8%, robusta növündə isə 52,2% artıb.
Kofe istehsalında lider Braziliyada yaşanan quraqlıq, eləcə də ikinci ən böyük ixaracatçı olan Vyetnamda koronavirusun yeni dalğası qiymət artımına təsir edən əsas amillərdir.
Avqustda Vyetnamın kofe ixracı iyula nisbətən 8,7% azalaraq, 111 min tona düşüb. Yanvar-avqust aylarında Vyetnam cəmi 1,1 milyon ton qəhvə ixrac edib ki, bu da ötən ilin analoji dövründən 6,4% azdır.
Braziliyada ilin əvvəlindən soyuq hava, daha sonra isə quraqlıq qəhvə plantasiyalarına ciddi ziyan vurub. Növbəti ildə məhsul ixracında qıtlıq yaranacağı şübhəsizdir. Bu səbəbdən Fitch Solutions arabica qəhvəsinin bir funtuna (0,45 kq) görə qiymət proqnozunu 1,35 dollardan 1,60 dollara qaldırıb. Gələn il üçün orta qiymət isə 1,50 dollardan götürülür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















