Ötən il “Bakı Media Mərkəzi”nin xalis zərəri azalıb
Azərbaycanda audiovizual məhsulların istehsalı ilə məşğul olan “Bakı Media Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti 2020-ci il dekabrın 31-nə maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatını dərc etdirib.
Marja hesabata istinadən xəbər verir ki, “Bakı Media Mərkəzi” MMC 2020-ci ili 2019-cu illə müqayisədə 880 min manat və ya 34,3% az olmaqla 1 milyon 684 min manat xalis zərər ilə başa vurub. MMC 2019-cu ili 2 milyon 564 min manat xalis zərər ilə bağlamışdı. Xalis zərərin azalması gəlirin artması ilə əlaqədardır.
GƏLİRİ ARTIB
2019-cu illə müqayisədə 2020-ci ildə şirkətin əsas əməliyyat gəliri 1 milyon 694 min manat və ya 20% artaraq10 milyon 140 min manat təşkil edib. “Bakı Media Mərkəzi” 2019-cu ildə 8 miylon 446 min manat əsas əməliyyat gəliri əldə etmişdi.
Ötən il “Bakı Media Mərkəzi”nin cəmi xərcləri 11 milyon 824 min manat təşkil edib (2019-da 11 milyon 16 min manat). Xərclər gəlirləri üstələdiyindən mərkəzin 1 milyon 684 min manat zərəri yaranıb.
ÖHDƏLİKLƏRİ AKTİVLƏRİNDƏN ÇOXDUR, KAPİTALI MƏNFİ ZONADADIR
31 Dekabr 2020-ci il tarixində “Bakı Media Mərkəzi” MMC 13 milyon 397 min manat cəmi aktivlərə, 23 milyon 104 min manat cəmi öhdəliklərə və 9 milyon 707 min manat kapital çatışmazlığına malik olub. Mənfi 9 milyon 707 manat kapitalın səbəbi öhdəliklərin aktivləri üstələməsidir.
“Bakı Media Mərkəzi” Azərbaycanda audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)









