Babayevlərin şirkətinin zərəri kəskin artıb
İdman xidmətləri göstərən "Gənclik" ASC 2020-ci ili 83 min 566 manat xalis zərər ilə başa vurub. Bu, 2019-cu illə müqayisədə 3,6 dəfə çoxdur. ASC 2019-cu ili 22 min 900 manat zərər ilə bağlamışdı.
Marja şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, 2020-ci ildə 2019-cu illə müqayisədə "Gənclik" ASC-nin əsas əməliyyat gəlirləri 3 dəfədən çox azalaraq 105 min 937 manat təşkil edib. ASC 2019-cu ildə 328 min 956 manat əsas əməliyyat gəliri əldə etmişdi.
56 səhmdara məxsus olan "Gənclik" ASC-də ən böyük paya Babayev Kamal Ələkbər oğlu (41,81%), Babayev Tahir Kamal oğlu (20,85%), Babayeva Rəna Kamal qızı (15,00%) və Əsədulla Çingiz Rauf oğlu (20,85%) malikdirlər.
Böyük ehtimalla, koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlər "Gənclik" ASC-nin də fəaliyyətini məhdudlaşdırıb və müştəriləri azalıb.
“Gənclik” idman kompleksi 1999-cu ilin iyun ayından istifadəyə verilmişdir. Kompleksinin tərkibinə bağlı üzgüçülük hovuzu (25x10), trenajor zalı, sauna, 400 oturacaq yerli bağlı mini-futbol zalı, açıq mini-futbol meydançası, üç açıq və üç bağlı tennis kortları da daxildir. Bundan başqa idman kompleksi duşxanalar, geyinib-soyunma otaqları və istirahət otağı ilə təchiz olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
42 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 58 d. əvvəl
-
1 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
2 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
4 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
Ən çox oxunanlar
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib



























