Blue Origin-dən 100 milyon dollarlıq kosmos bileti satışı
Blue Origin gələcək kosmos uçuşları üçün indidən təxminən 100 milyon dollar dəyərində bilet satdığını açıqladıABŞ-ın e-ticarət nəhəngi Amazon-un qurucusu Jeff Bezos, şirkəti Blue Origin-in gələcək kosmos uçuşlar üçün indidən təxminən 100 milyon dollar dəyərində bilet satdığını açıqlayıb.
Marja xəbər verir ki, Bezos, kosmos səyahətinin ardından təşkil edilən mətbuat konfransında, Amazon işçilərinə və müştərilərinə kosmos uçuşunun maliyyəsini təmin etdikləri üçün təşəkkür edib.
Gözləntilərin yüksək olduğunu və əhəmiyyətli ölçüdə aşıldığını qeyd edən Bezos, uçuşun çox zövqlü bir təcrübə olduğunu bildirb.
Bezos, Blue Originin gələcək kosmos uçuşlarına tələbin çox olduğunu vurğulayaraq, şirkətin gələcək uçuşlar üçün təxminən 100 milyon dollar dəyərində bilet satdığını bildirib.
Biletlərin qiymətinə dair məlumat verməyən Bezos, Blue Origin-in kosmosa bu il 2 sərnişin uçuşu planlaşdırdığını bildirib.
ABŞ-lı milyarder Bezos və onunla bərabər 3 nəfər, Blue Originin inkişaf etdirdiyi New Shepard vasitəsilə müvəffəqiyyətli bir kosmos səyahəti reallaşdırmışdır.
Uçuşda Bezosa qardaşı Mark Bezos ilə bərabər amerikalı qadın aviasiyaçı 82 yaşındakı Wally Funk və Somerset Capitals Partner şirkətinin Baş direktorunun oğulu 18 yaşındakı Olivier Deamon da yoldaşlıq etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 3 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















