Bu gün Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Azərbaycan Respublikası Mərkəzi Bankının pul siyasəti qərarlarının (faiz qərarlarının) ictimaiyyətə açıqlanması qrafikini görə, faiz dəhlizinin parametrlərinə dair növbəti qərar 6 may 2026-cı il tarixində açıqlanacaq.Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti tərəfindən faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş növbəti qərar 06 May 2026-cı il tarixində saat 10:00-da ictimaiyyətə açıqlanacaqdır.
Marja.az xəbər verir ki, saat 11:00-da isə Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyəti tərəfindən faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarın açıqlanmasına həsr olunan mətbuat konfransı başlayacaq.
Xatırldaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə 2 aprel 2026-cı il tarixində faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılmışdır (Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsində saxlanılmışdır).
Aprelin 2-də yayımlanmış press-relizdə qeyd olunmuşdu ki, faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, yaxın regionda artan geosiyasi gərginliklərin yaratdığı risklər, qlobal və daxili maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb.
Vurğulanmışdı ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habelə makroiqtisadi təhlillərin yenilənmiş nəticələri əsasında veriləcəkdir. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcəkdir. İnflyasiya proqnozunun hədəfdən çıxması riski yarandığı təqdirdə adekvat siyasət addımları atılacaqdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin mart ayında 2025-ci ilin mart ayı ilə müqayisədə illik qiymət artımı 5,6 faiz, son bir ayda isə (fevral ilə müqayisədə) 0,5 faiz təşkil etmişdir. Bu da illik inflyasiyanın Mərkəzi Bankın hədəf intervalında (4±2%) olduğunu göstərir. Belə bir vəziyyətdə Mərkəzi Bankın may iclasında da faizlərini dəyişməz saxlayacağı ehtimalı yüksəkdir.
Digər tərəfdən, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatının 0,3 faiz azalması, qeyri neft-qaz sektorunun isə cəmi 0,2 faiz artması ölkədə iqtisadi aktivliyin yavaşladığına işarədir. Adətən mərkəzi banklar iqtisadi aktivliyi canlandırmaq üçün faizlərini aşağı salırlar.
İqtisadiyyat Nazirliyi tərəfindən baza ssenaridə cari il üzrə 5,5% proqnozlaşdırılan orta illik inflyasiya tədricən azalaraq 2030-cu ildə 4,6% olacağı gözlənilir.
Xatırladaq ki, 4 Fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılmışdı. Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsinə endirilmişdi.
Həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 10 dekabr 2025-ci il tarixli qərarı ilə də faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılmışdı. Uçot dərəcəsi 6.75%, faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 7.75% səviyyəsinə endirilmişdi.
Qeyd edək ki, Mərkəzi Bankın faiz qərarlar elan olunduqdan sonrakı iş günündə qüvvəyə minir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı


























