"Qafqaz" otellər şəbəkəsinin video bazası yaradılıb
Azərbaycanda Marketinq və PR sahəsi üzrə ixtisaslaşmış Apamark şirkəti Gilan Hospitality Group-a daxil olan Qafqaz otellər şəbəkəsinin video bazasını genişləndirilməsi işlərini başa vurub.
Şirkətin Satış departamentinin rəhbəri Taleh Kərimovun sözlərinə görə, çəkilişlər bütün Qafqaz otellər şəbəkəsini əhatə edib. “Şirkətimiz tərəfindən hazırlanan videolar sırf satış və tanıtım xarakterlı qısa videolardır. Biz bu videolarda hər bir otelin özünə məxsus gözəlliyini, fərqliliyini əks etdirməyə çalışmışıq.”
Apamark şirkəti tərəfindən ümumilikdə 1 il ərzində 128 video hazırlanaraq Qafqaz otellərinin rəsmi youtube səhifəsinə yüklənmişdir. Çəkilişlər həm Bakı, həm də Qəbələdə yerləşən otellərdə aparılmışdır. Hər bir oteldə ayrı-ayrılıqda otaq növləri, restoranlar, SPA və Fitness Mərkəzi, toplantı otaqları, əyləncə mərkəzlərinə görə videolar hazırlanmışdır. Qafqaz otelləri üçün hazırlanmış videolarla tanış olmaq istəyənlər Qafqaz Hotels & Resorts youtube səhifəsinə daxil ola bilərlər. Şirkət, gələcəkdə Qafqaz otellər şəbəkəsi üçün otelçilik sahəsi üzrə maarifəndirici videolar hazırlamağı planlaşdırır.
Qeyd edək ki, Apamark şirkəti müştərilərinə müxtəlif təyinatlı internet səhifələrin yığılması, qrafik dizayn işləri, PR xidməti, foto/video çəkilişlər, Media yerləşdirmə, rəqəmsal marketinq strategiyalarının hazırlanması və xidmətlərinin göstərilməsi, SEO analiz, SMM və s. kimi xidmətləri təklif edir.
Video bazası: https://www.youtube.com/user/qafqazhotelsresorts/videos
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
8 d. əvvəl
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək
-
39 d. əvvəl
200 MVt-lıq quruda külək enerjisi layihəsi üzrə Çərçivə Müqaviləsi imzalandı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan bankı İsveçrə şirkətindən 5 milyon kredit cəlb etdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dünyanın ən böyük zeytun yağı istehsalçısı: Sektor tarixinin ən çətin dövrünü yaşayır
-
3 saat əvvəl
Azərbaycan banklarının nümayəndələri Türkiyənin “Ziraat Bankası”nda qonaq olublar