Honq Konqda əhalini inflyasiyadan qorumaq üçün hazırlanmış xüsusi istiqraz populyarlaşır
Honq Konqda əhalini inflyasiyadan qorumaq üçün hazırlanmış xüsusi istiqraz olan iBonds-ın son turunda investorlardan 7 milyard dollar tələb qəbul edilib. Marja xəbər verir ki, bu barədə şənbə günü "South China Morning Post" yazıb.
İstiqrazların yerləşdirilməsi 23 iyun tarixinə planlaşdırılır.
“İndiyədək iBonds-ların yerləşdirilməsilə rekord sayda investor və pul cəlb edilib. Bir çox müştərinin istiqraz almaq üçün şirkətimizdə yeni hesablar açdığını görürük. Çox populyar bir maliyyə məhsulu oldu" - yerli broker şirkətlərindən birinin direktoru deyib.
Honq Konq Pul İdarəsinə görə (Mərkəzi Bankın funksiyalarını yerinə yetirir), indiyədək istiqraz buraxılışı ilə 717 min özəl investoru cəlb edilib.
Başlanğıcda 15 milyard Honq Konq dolları (1,93 milyard dollar) həcmində bu cür qiymətli kağızların buraxılması planlaşdırılırdı, lakin yüksək tələb nəzərə alınaraq emissiyanın 20 milyard Honq Konq dollarına (2,6 milyard dollar) çatdırılmasına qərar verilib. İstiqrazların müddəti üç ildir. Faizlər hər altı ayda bir inflyasiya səviyyəsindən asılı olaraq və ən azı 2% zəmanət veriləcək dərəcədə ödəniləcəkdir.
Mütəxəssislər bu maliyyə məhsulunun əhalinin yüksələn qiymətlərinin öhdəsindən gəlməsinə, bazarda qeyri-sabitlik, risklərin artması və dəyişkənlik mühitində təhlükəsiz investisiyalar təmin edəcəyinə diqqət çəkirlər.
İBondlar populyardır, çünki istehlakçı qiymətləri yüksəlirsə, minimum 2 faiz gəlir təmin edir. Bu gəlirlər hazırda çox cəlbedicidir, çünki bir çox ənənəvi əmanət məhsulundan daha yüksək minimum ödəmə təklif edilir. Koronavirus pandemiyasına məruz qalan iqtisadiyyatları stimullaşdırmaq üçün dünyanın mərkəzi bankları faizləri tarixi ən aşağı səviyyədə saxlayırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















