Bitkoin düzəldən maşın - həm sür, həm də pul qazan!
Artıq fantaziya deyil, tezliklə gerçək olacaq....Kanadanın elektrikli avtomobil və skuter istehsalçısı Daymak bu sənayedə inqilab etmək iddiasındadır.
Marja xəbər verir ki, şirkət 2023-cü ildə istifadəyə verəcəyi kriptovalyuta mayninq edən elektromobilinin konsepsiyasını təqdim edib. “Avvenire Spiritus” adlanan yeni model enerji yığdıqda həm də Bitkoindən tutmuş Dogecoinə qədər müxtəlif kriptovalyutalar istehsal etmək funksiyası ilə təchiz olunacaq.
Artıq yeni modelin qabaqcadan sifarişlərinin həcmi son 2 ayda 350 milyon dolları keçib. Şirkət ödənişləri həm də kriptovalyutada qəbul edir və nəqliyyat vasitəsi sahiblərinin istehsal etdikləri Bitkoini toplamaq, saxlamaq və satmaq üçün elektromobili Nebula Wallet adlı elektron pulqabı sisteminə inteqrasiya edəcək.
“Əksər avtomobillər qarajınızda oturaraq köhnələndə, Nebula Miner funksiyası sizə Spiritus modeliniz dayandıqda belə, pul qazandıracaq.” - Daymak prezidenti Aldo Baioççinin açıqlamasında bildirilib. - “Daymak yarandığı gündən bazarı alt-üst edən texnologiyalarla işləyir, hazırkı kripto-həmləmiz də 2023-cü ildə blokçeyn inqilabının tam mərkəzində olcağımızı göstərir”.
Hamını inandırmaq çətindir...
Daymakın bu açıqlamaları həm ekspertlər, həm də kriptovalyuta həvəskarları arasında birmənalı qarşılanmır. Bəziləri bununla da elektromobil bazarının lideri Teslanın “kitabının bağlandığını” bildirsə də, digərləri hələ Daymakın öz texnologiyasını patentləşdirməli olduğunu söyləyərək, bu ideyaya şübhə ilə yanaşır. Coingecko kripto məlumat platformasının həmtəsisçisi Bobbi Onqun fikrincə, “Bitkoin mayninq çipini avtomobilə qoşmaq qəribə fikirdir, çünki Bitkoinin istehsal texnologiyası mürəkkəbləşdikcə, köhnə çiplər səmərəsiz və yararsız olacaq.”. Həmçinin, elektromobil daim internetə qoşulmuş halda olmalıdır və maşının elektrikini “soracaq”...
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















