Airbus təyyarə istehsalını artırır
Şirkət məşhur A320 modelindən ayda 45 ədəd buraxmaq niyyətindədir.Avropanın ən böyük təyyarə istehsalçısı Airbus pandemiyanın gətirdiyi məhdudiyyətlərin arxada qaldığını və aviaşirkətlərin öz fəaliyyətini sürətlə bərpa etdiyini iddia edir.
Marja xəbər verir ki, şirkət özünün məşhur darfüzelyajlı təyyarə seriyasının istehsal həcmini genişləndirməkdə qərarlıdır. Xüsusən, A320 modelinin istehsal gücü bu ilin dördüncü rübündə ayda 45 ədədə çatdırılacaq.
Airbus bu modelin istehsalını 2023-cü ilin ikinci rübündə ayda 64 ədədə, 2024 və 2025-ci illərdə isə müvafiq olaraq 70 və 75 ədədə çatdırmağı hədəfləyir. İrifüzelyajlı A350 modelinin istehsal həcmi isə hazırkı aylıq 5 ədəddən 2022-ci ildə ayda 6 ədədə çatdırılacaq. “Aviasiya sektoru COVID-19 böhranından özünə gəlir. Biz də buna uyğun olaraq təchizatları sürətləndirmək niyyətindəyik” - Airbusun baş direktoru Gilyam Fauri bildirib.
Airbus və onun ən böyük rəqibi, ABŞ-ın Boeing şirkəti son 3-4 ildir ki, həm dar, həm də irifüzelyajlı təyyarə istehsalında amansız rəqabət aparır. Pandemiya bütün planları yarımçıq qoyaraq, bu rəqabəti zəiflətsə də, qlobal iqtisadiyyatın bərpası iki nəhəng arasındakı bazar savaşını yenidən aktuallaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 19 saat əvvəl
-
21 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























