“Pokemon” sahibindən yaxşı nəticələr, bədbin xəbərlər
Çip böhranı Sony-nin ardınca onun ən böyük rəqibini də vurub.Yaponiyanın ən iri elektronika və video-oyun şirkətlərindən biri, məşhur “Mario”, “Pokemon”, “Star Fox”, “Super Smash Bros” və başqa oyun seriyalarının proqramçısı və müxtəlif oyun konsollarının istehsalçısı Nintendo qlobal çip böhranına görə bir sıra oyun cihazlarının, o cümlədən Nintendo Switch oyun konsollarının istehsalı və satışında iri həcmli azalmaların olacağını bildirib.
Marja xəbər verir ki, şirkət bugün 2021-ci ilin martında bitən fiskal il üzrə nəticələri açıqlayıb. Son 12 ayda 28,8 milyondan artıq Switch oyun konsolu satan Nintendo növbəti bir il ərzində bu rəqəmin 25,5 milyon ədədə qədər azalacağını proqnozlaşdırır.
Şirkətin ümumi gəlirləri illik ifadədə 34,4% artaraq, 1,759 trilyon yenə (16,1 milyard dollara) çatıb. Əməliyyat mənfəəti 641 milyard yen (5,9 milyard dollar, 81% artım), xalis mənfət isə 480 milyard yen (4,4 milyard dollar, 86% artım) təşkil edib. Adətən mühafizəkar yanaşması ilə seçilən şirkət 2021-2022 maliyyə ilində gəlirlərin 9% azalaraq, 1,6 trilyon yen, xalis mənfəətin isə 29% daha az - 340 milyard yen (3,1 milyard dollar) olacaını proqnozlaşdırır.
Xatırladaq ki, ötən həftə daha bir yapon nəhəngi Sony-nin baş maliyyə direktoru Hiroki Totoki yarımkeçirici çiplərin təchizatındakı problemlər səbəbindən yeni PlayStation5 konsollarının istehsal həcmini artıra bilməyəcəklərini və bu vəziyyətin növbəti ilə qədər davam edəcəyini bildirib.
Göründüyü kimi, təchizat zəncirindəki axsamaların əsasən avtomobil sektoruna təsiri gözlənilsə də, artıq digər iri sənaye sənaye sahələri də bu problemdən ciddi əziyyət çəkir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 16 saat əvvəl
-
18 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 18 saat əvvəl
- 22 saat əvvəl
-
23 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























