Çinin iri şirkətinin gəlirləri 17%-ə qədər azalıb
Çətin günlər bitdi, daha çətin günlər qabaqdadır....Çinin ən iri texnologiya şirkətlərindən olan Huawei cari ilin birinci rübünə dair nəticələrini bugün təqdim edib. Marja xəbər verir ki, ABŞ-ın iqtisadi sanksiyalarından ciddi əziyyət çəkən şirkətin gəlirləri audit olunmamış maliyyə göstəricilərinə əsasən, 2021-ci ilin ilk üç ayında 16,5% azalaraq, 152,2 milyard Çin yuanı (23,5 milyard dollar) təşkil edib.
Şəbəkə və proqram təminatı biznesi nisbətən artım nümayiş etdirsə də, ötən ilin noyabrında Honor markalı ağıllı cihazlar biznesini satması səbəbindən istehlakçı biznesi kifayət qədər zəifləyib. Xalis mənfəət marjası illik ifadədə 3,8% artaraq, 11,1 faizdə qərarlaşıb. Şirkətin biznes əməliyyatlarının keyfiyyətini yaxşılaşdırmaq səyləri və patent haqlarından 600 milyon dollar daxilolmalar mənfəətin artmasına təkan verib.
Xatırladaq ki, 2019-cu ildə ABŞ-Çin iqtisadi müharibəsinin yeni dalğası texnologiya sektoruna sirayət etmiş, Huawei ABŞ hökumətinin “qara siyahı”sına salınaraq, amerikan texnoloji məhsullarının, o cümlədən smartfonlar üçün olduqca zəruri mikroçiplərin ona satışı qadağan edilmişdi. Google isə Huawei-nin öz smarftonlarında Android əməliyyat sistemindən istifadəsini məhdudlaşdırmışdı. Bu tədbirlər qlobal bazarda Huawei smartfonlarının satışını kəskin aşağı salıb. Şirkətin toplam satışları 2020-ci ilin dördüncü rübündə əvvəlki ilə nisbətən 41%, Avropa bazarlarında isə 62% azalıb.
“2021-ci il bizim üçün daha bir çətinlik yaradan dövr kimi yadda qalacaq” – əvəzləmə əsasında şirkətə rəhbərlik edən sədr Erik Xu bildirib. “Göstərdikləri davamlı etimada görə müştərilərimizə və tərəfdaşlarımıza təşəkkür edirik. Qarşımıza hansı problemlər çıxmasından asılı olmayaraq, biznesimizin dayanıqlılığını təmin edəcəyik”.
Huawei özünün patent əsaslı 5G texnologiyasından istifadəyə görə digər smartfon istehsalçılarına xidmət haqqı tətbiq etməyə, gəlirlərini şaxələndirmək məqsədilə proqram təminatı və bulud texnologiyaları sahəsinə iri investisiyalar yatırmağa hazırlaşır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 14 saat əvvəl
-
16 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 16 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























