Müştəri narazılığının çox və ya az olduğu sürətli poçt xidməti şirkətləri - SİYAHI
Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) abunəçilərin poçt rabitəsi xidmətlərindən istifadəsi ilə bağlı 2026-cı ilin birinci rübü üzrə şikayət indeksi və şikayətlərin poçt rabitəsi operatorları tərəfindən orta cavablandırılma müddəti hesabatını dərc edib.
Marja xəbər verir ki, hesabatda 2026-cı ilin yanvar – mart ayları ərzində “E-Şikayət” sistemi vasitəsilə poçt rabitəsi operatorlarına ünvanlanmış müraciətlərlə bağlı şikayət indeksi əksini tapıb.
Şikayət indeksi göstərilən xidmətlərin keyfiyyəti və operativliyinin qiymətləndirilməsini əks etdirən kompleks göstəricidir və hər bir poçt rabitəsi operatoru üzrə şikayətlərin xüsusi çəkisinin poçt göndərişlərinə görə bazar payına nisbəti əsasında hesablanır. Bu yanaşma operatorun bazardakı fəaliyyət həcmi ilə daxil olan şikayətlərin sayı arasındakı nisbəti müəyyən etməyə imkan verir. Şikayətlərin xüsusi çəkisi operator üzrə daxil olmuş şikayətlərin ümumi şikayətlərin sayına nisbəti, bazar payı isə həyata keçirilmiş poçt göndərişlərinin ümumi bazardakı poçt göndərişlərinin sayına nisbəti ilə müəyyən olunur. Eyni zamanda operatorların müraciətlərə operativ cavabvermə səviyyəsi “E-Şikayət” sistemi vasitəsilə təqdim edilən cavabların orta müddəti əsasında qiymətləndirilir. Məlumat mənbəyi “E-Şikayət” elektron sistemidir.
Hesabata görə, ən çox müştəri narazılığı "COLİBRİ EXPRESS" MMC və "TREND EXPRESS" MMC şirkətlərindən, ən az narazılıq isə "AZƏRPOÇT" MMC və "LIMAK AZ" MMC şirkətindəndir.
Müştəri şikayətini ən tez cavablandıran şirkətlər "KANGO" MMC, "AZCAMEX" MMC, "LIMAK AZ" MMC və "DH LOGİSTİKA" QSC, ən gec cavabalndıran şirkətlər isə "DYNAMEX EXPRESS" MMC və "AZƏRİ EKSPRESS" ММM-dir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
2026-cı ilin 1-ci rübü üzrə istehlakçıların sürətli poçt xidmətlərindən istifadəsi üzrə şikayət indeksi və orta cavablandırılma müddətləri

İKTA bəyan edir ki, ictimai nəzarətin formalaşması, şəffaflıq və xidmət keyfiyyətinin yüksəldilməsi baxımından şikayət indeksinin və şikayətlərin orta cavablandırılma müddəti hesabatının hazırlanması zəruri addımdır. Bu, poçt sahəsində real mənzərəni müəyyən etməyə, tənzimləmə prosesini daha çevik həyata keçirməyə imkan yaradır.
Məlumat üçün bildirək ki, “E-Şikayət” sistemi 2023-cü ilin noyabrında istifadəyə verilib. 2024-cü ilin aprel ayından etibarən “E-Şikayət” sistemi vasitəsilə poçt rabitəsi operatorları ilə bağlı müraciətlərin qəbuluna da başlanılıb. Bu günə qədər vətəndaşlardan adıçəkilən sistem vasitəsilə poçt rabitəsi xidmətləri ilə bağlı 2300-ə yaxın şikayət daxil olub.
Agentlik poçt rabitəsi xidmətlərində çətinliklər yarandıqda istifadəçilərə ilk növbədə öz xidmət təchizatçılarının rəsmi əlaqə vasitələrinə müraciət etməyi, ehtiyac yarandığı təqdirdə isə “mygov” platforması üzərindən İKTA-nın “İstifadəçilərin öz internet servis provayderlərindən və mobil operatorlarından və poçt rabitəsi operatorlarından onlayn şikayət etməsi” xidmətindən (“E-Şikayət”) yararlanmağı məsləhət görür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 3 gün sonra
-
-
9 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 9 saat əvvəl
-
11 saat əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
-
11 saat əvvəl
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
-
11 saat əvvəl
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
12 saat əvvəl
Volkswagen 4 zavodunu bağlamağı və 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır
-
12 saat əvvəl
Azərbaycan-Gürcüstan sərhədində yeni keçid məntəqəsi layihələndirilir
-
12 saat əvvəl
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Ən çox oxunanlar
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
1 milyondan çox Azərbaycan vətəndaşı əsasən onlayn olmaqla xarici ölkələrdən 501 milyon dollarlıq şəxsi istifadə malları alıb
"Ağbənd buraxılış məntəqəsi yaxın vaxtlarda istifadəyə veriləcək"
Dövlət Gömrük Komitəsində nə dəyişir? Şahin Bağırov şəffaflıq tədbirlərini açıqladı
Azərbaycanda hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları yenilənib
Gömrük Komitəsinin sədri bu suala konkret cavab verə bilmədi - "İlin sonunda daha dolğun cavab vermək mümkün olacaq"





























