Marcom şirkəti VERO Translation ilə əməkdaşlıq edəcək
Azərbaycanda bazar iştirakçıları üçün daima yeni marketinq xidmətləri təqdim edən Marcom Marketinq və Kommunikasiyalar şirkəti VERO Translation ilə strateji tərəfdaş olub.
Əməkdaşlıqla bağlı fikirlərini bildirən Marcom şirkətinin icraçı direktoru Ceyhun Fərzəliyev bu işin onlar üçün unikal bir marketinq addımı olacağını söylədi. “Bizim üçün tərcümə sahəsində fəaliyyət göstərən şirkətin imicini formalaşdırmaq, satışlarını artırmaq istiqamətində həll yolları təqdim etmək olduqca maraqlıdır. Biz artıq komanda olaraq bazarda eyni sektorda fəaliyyət göstərən digər şirkətlərin boşluqlarını araşdırmışıq. Bu bizə VERO-nun marketinq strategiyasında hansı addımları atacağımızı müəyyən etməyə imkan verəcək. Artıq şirkətin yenilənmiş veb platformasını istifadəyə vermişik. Növbəti mərhələdə bu veb platformanın həm google SEO, həm də kontent baxımından inkişaf etdirilməsi üzərində çalışacağıq. Hal-hazırda VERO şirkəti ilə birlikdə Marcom-un yeni istifadəyə veriləcək saytının mətnlərinin redaktə və tərcümələri üzərində işləyirik. Qarşımızda uzun və maraqlı bir yol var. İnanıram ki, bu yolun sonunda hər iki tərəfi uğur gözləyir.”
Şirkətin direktoru Əli Əhmədov bu əməkdaşlığın hər iki tərəfə müsbət nəticələr verəcəyini bildirdi. “Marcom şirkətinin və onun əməkdaşlarının fəaliyyətini uzun müddətdir izləyirik. Şirkətin marketinqlə bağlı ərsəyə gətirdiyi işlər və müştərilərə göstərdiyi yanaşma diqqətimizi cəlb etdiyi üçün onlarla danışıqlara start verdik. Beləliklə, məlum oldu ki, fərqli sahələrdə fəaliyyət göstərdiyimizə baxmayaraq, maarifləndirmək, sahəyə yeniliklər gətirmək və bazar iştirakçılarını qorumaq kimi eyni missiyaları paylaşırıq, bunun üçün də birlikdə əməkdaşlıq etmək qərarına gəldik. Bundan əlavə, Marcom şirkəti beynəlxalq bazardan pay almağımız üçün bizə marketinq dəstəyini göstərəcəkdir. Hal-hazırda şirkətin marketinq yol xəritəsi üzərində işlər gedir.”
Qeyd edək ki, VERO Translation şirkəti və Marcom Marketinq və Kommunikasiyalar şirkəti birlikdə xidmətlərin vizuallaşdırılması üzərində çalışırlar. Tərəflər qısa zamanda xidmətlərin vizual görüntüsü ilə bağlı məlumat yaymağı planlaşdırırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 8 saat əvvəl
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
13 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir






.jpg)





.jpg)





