Qlobal kömür və qaz tələbatı artır - havamız daha zəhərli olacaq
Karbon emissiyaları və zərərli qazlar 33 milyard tona yüksəlir.Ötən ilə nisbətən bu il tədricən özünə gəlməyə başlayan qlobal iqtisadiyyatın ən çox ehtiyac duyduğu yanacaq növləri daş kömür və qaz olacaqdır.
Marja xəbər verir ki, Beynəlxalq Enerji Agentliyi bugünkü yeni proqnoz açıqlamasında xüsusən Asiyada daş kömürdən istifadənin əvvəlki səviyyəyə qayıdacağını, nəticədə atmosferə buraxılan karbon emissiyalarının 2010-cu ildən bəri ən çox - illik 1,5 milyard ton artaraq, 33 milyard tona yüksələcəyini bildirib. Çində elektrik enerjisi istehsalının həcminin artırılması əsas yanacaq növü kimi kömürdən istifadənin və nəticədə zərərli qaz emissiyalarının artmasında ən mühüm təkanverici amil olacaq.
Ötən il koronavirus pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər karbon emissiyalarının həcmini ilin birinci yarısında kəskin - 80%-ə qədər azaltmışdı. Sonradan iqtisadi sahələrin müəyyən dərəcədə bərpası nəticəsində artan emissiyalar yekunda 2019-cu illə müqayisədə illik 6% azalmanı rəsmiləşdirmişdi. Beynəlxalq Enerji Agentliyi cari ildə enerji tələbatının 2020-ci ildəki 4% azalma ilə müqayisədə 4,6%, artacağını, kömürə tələbatın 4,5% artaraq, 2014-cü ilin səviyyəsinə yüksələcəyini, bu artımların Asiya (xüsusən Çin iqtisadiyyatı), ABŞ və Avropa bazarları hesabına baş verəcəyini proqnozlaşdırır.
“Bu qorxunc xəbərdarlığı etməliyik ki, COVID-19 pandemiyasının nəticələrinin aradan qaldırılması və qlobal bərpa dayanıqlı iqlim hədəflərimizlə uyğunluq təşkil etmir” – Agentliyin direktoru Fatih Birol bildirib. O, bu həftə ABŞ-ın ev sahibliyi edəcəyi qlobal iqlim sammitinin iştirakçılarını “daha aydın və təxirəsalınmaz tədbirlər görməyə” çağırıb.
BMT-nin Baş katibi Antonio Quterreş isə ötən günkü açıqlamasında əsas prioritetin heç bir yeni kömür emalı zavodunun inşa edilməməsi və daş kömürdən istifadənin 2040-cı ilə qədər qlobal miqyasda tədricən sıfıra endirilməsi olduğunu bildirib. Ümümdünya Meteorologiya Təşkilatının rəhbəri Petteri Taalas qlobal temperaturun növbəti beş ildə ümumilikdə 1.5 °C artacağı ehtimalının yüksək olduğuna diqqət çəkib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 6 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















