BirBank vasitəsilə ölkədə ilk dəfə Mastercard kartları ilə NFC ödənişlər etmək mümkün oldu
(®️) Bir müddət əvvəl Kapital Bank-ın BirBank mobil tətbiqində NFC texnologiyasına əsaslanan daha rahat və sürətli təmassız ödəniş xidməti müştərilərin istifadəsinə verilib. Bu funksiya vasitəsilə istifadəçilər alış-veriş zamanı və ya hər hansı bir xidmətdən istifadə edərkən ödənişi POS-terminallarda öz smartfonları vasitəsilə həyata keçirə bilirlər.
Azərbaycanda ilk dəfə olaraq bu xidmət artıq Mastercard vasitəsilə də mümkün oldu. Android istifadəçiləri cəmi bir dəfə BirBank mobil əlavəsində NFC ödənişləri üçün Kapital Bank-ın istənilən Mastercard ödəniş kartını əlavə etməklə ödənişi həyata keçirmək üçün sadəcə telefonu POS-terminala yaxınlaşdırmalıdırlar. Məlumat üçün bildirək ki, bu xidmət Kapital Bank-ın istənilən növ Mastercard kartlar üzrə mövcuddur və ən yaxın gələcəkdə Maestro tipli kartları üzərində də mümkün olacaq.
Qeyd edək ki, BirBank tətbiqini 2 milyon nəfərdən artıq istifadəçi App Store və Play Store-dan yükləyib. Hal-hazırda iOS və Android əməliyyat sistemləri BirBank-ı yüklənmə sayı, istifadə dərəcəsi və istifadəçi rəyləri əsasında maliyyə sektorunun ən yaxşı tətbiqi olduğunu bildirərək, müştərilərə tövsiyə edir.
Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 2 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, yerinde digital kartın aktivləşdirilməsi, NFC odənişlər, bonuslarin toplanılması və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 10 d. əvvəl
-
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
-
2 saat əvvəl
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
-
2 saat əvvəl
Gəncə Cümə məscidində təmir-bərpa işləri üçün 1,6 milyon manat ayrıldı
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artıb
Qızıl daha da bahalaşdı
Martın 3-də gözlənilən hava şəraiti
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Qlobal bankdan Hörmüz boğazı ssenariləri





















