970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

3,4 milyard manatlıq güzəşt: Dövlət bu azadolmaları yenidən ölçür

Dövlət Gömrük Komitəsi gömrük güzəştlərinin səmərəliliyini qiymətləndirir. Şahin Bağırov açıqladı: Gömrük güzəştlərinin məbləği 3,4 milyard manatı keçib. 2025-ci ildə 18,1 milyard dollarlıq idxala böyük məbləğdə güzəştlər - 3 milyard 424 milyon manatlıq azadolma tətbiq edilib.
AzVak-mobil_resmin_ustu_31
3,4 milyard manatlıq güzəşt: Dövlət bu azadolmaları yenidən ölçür
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azadolmalar saxlanılacaq, yoxsa azaldılacaq? Gömrük Komitəsindən açıqlama

Azərbaycanda gömrük rüsumları və ƏDV üzrə tətbiq olunan azadolmaların iqtisadi aktivliyə, istehsalın genişlənməsinə və ixrac potensialının artırılmasına təsiri qiymətləndirilir.

Reklam_3_11

Marja.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda iqtisadi aktivliyin təmin edilməsi məqsədilə bir sıra sahələr üzrə gömrük və vergi güzəştləri tətbiq olunur. Bu güzəştlər, əsasən, əlavə dəyərin yaradılması, istehsal güclərinin genişləndirilməsi və yeni məhsulların istehsalının artırılması məqsədi daşıyır.

Şahin Bağırov qeyd edib ki, gömrük orqanları bu proseslərin idxal və ixrac əməliyyatlarına təsirini müşahidə edir, aidiyyəti dövlət qurumları isə azadolmaların səmərəliliyini mütəmadi olaraq qiymətləndirir.

“İllər üzrə nəzər yetirsək, azadolmalar nəticəsində bir çox sahələrdə iqtisadi aktivlik müşahidə olunur. Bu proseslər həm sahəvi, həm də mal qrupları üzrə tətbiq edilir. Azadolmaların əsas məqsədi iqtisadi artıma, əlavə dəyərin formalaşmasına və istehsal güclərinin genişlənməsinə dəstək verməkdir”, - deyə DGK sədri bildirib.

Şahin Bağırovun sözlərinə görə, 2025-ci ildə 18,1 milyard ABŞ dolları həcmində idxal olunan mallara münasibətdə ƏDV və gömrük rüsumları üzrə əhəmiyyətli həcmdə azadolmalar tətbiq edilib.

O bildirib ki, həmin dövrdə idxal mallarına münasibətdə ƏDV üzrə azadolmalar 29,5 faiz, gömrük rüsumları üzrə azadolmalar isə 50,5 faiz təşkil edib. Ümumilikdə azadolmaların məbləği 3 milyard 424 milyon manata çatıb.

DGK sədri əlavə edib ki, 2026-cı ilin ilk 5 ayında da oxşar tendensiya müşahidə olunur. Həm ƏDV, həm də gömrük rüsumları üzrə azadolmaların səviyyəsi əvvəlki göstəricilərə yaxın olub.

Azərbaycanda gömrük rüsumları azalacaq?

Şahin Bağırov vurğulayıb ki, hazırda gömrük tarif dərəcələrinin azaldılması ilə bağlı məsələ gündəmdə deyil. Mövcud tariflər və azadolmalar büdcə paketi çərçivəsində təsdiq olunub.

“Hazırda əsas diqqət azadolmaların səmərəliliyinin ölçülməsinə yönəlib. Biz qiymətləndiririk ki, bu güzəştlər iqtisadi artıma və məhsul istehsalına hansı formada xidmət edir”, - deyə o bildirib.

Gömrük güzəştlərinin əsas məqsədi ixrac potensialını artırmaqdır

Komitə sədrinin sözlərinə görə, əsas hədəf iqtisadi tənzimlənmə vasitələrindən istifadə etməklə ixrac potensialını artırmaqdır. Bununla yanaşı, ixracın genişləndirilməsi üçün ölkədə istehsal güclərinin formalaşması və genişlənməsi vacibdir.

Şahin Bağırov bildirib ki, Azərbaycanda ənənəvi istehsalı olmayan, lakin istehsal prosesləri üçün zəruri olan malların idxalı iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır.

Azadolmalar hazır məhsula yox, istehsala xidmət edən mallara yönəlib

Onun sözlərinə görə, idxal strukturunda azadolmaların əsas hissəsi hazır məhsullara deyil, sənaye avadanlıqlarına, ehtiyat hissələrinə və son məhsulun istehsalında istifadə olunan aralıq məhsullara tətbiq edilir.

“İdxala hər zaman ehtiyac var. Əsas məsələ idxalın strukturudur. Azadolmaların böyük hissəsi hazır məhsulları deyil, istehsal üçün vacib olan avadanlıqları, ehtiyat hissələrini və aralıq məhsulları əhatə edir. Bu yanaşmanın məqsədi gələcəkdə ixrac imkanlarının artırılmasına xidmət etməkdir”, - deyə Şahin Bağırov qeyd edib.

DGK sədri bildirib ki, hökumət müxtəlif səviyyəli müzakirələrdə bu məsələləri nəzərdən keçirir və azadolmaların iqtisadiyyata real faydasını qiymətləndirir.

İş elanları AzVak.az-da

©  DGK sədri Şahin Bağırovun "Report" İnformasiya Agentliyi və "İctimai TV"yə müsahibəsindən

Şahin Bağırov Dövlət Gömrük Komitəsi DGK gömrük rüsumları gömrük tarifləri ƏDV azadolmaları idxal əməliyyatları ixrac əməliyyatları gömrük güzəştləri vergi güzəştləri idxal strukturu sənaye avadanlıqları ehtiyat hissələri aralıq məhsullar ixrac potensialı iqtisadi aktivlik iqtisadi artım əlavə dəyər istehsal gücləri 2025-ci ildə idxal 18 1 milyard dollar idxal 3 milyard 424 milyon manat güzəşt gömrük azadolmaları tarif dərəcələri büdcə paketi Azərbaycan gömrüyü
26.06.2026 11:41
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19