Daha 2 şirkət Yüksək Texnologiyalar Parklarının rezidenti olub
Yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən 2 şirkət Pirallahı və Mingəçevir Yüksək Texnologiyalar Parklarına rezidentliyə qəbul olunduAzərbaycanda yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən daha 2 şirkət İnnovasiyalar Agentliyinin Pirallahı və Mingəçevir Yüksək Texnologiyalar Parklarına rezidentliyə qeydiyyata alınıb.
İnnovasiyalar Agentliyindən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, “GoldenPay” ASC-nin “Hesab Shop” layihəsinə Pirallahı Yüksək Texnologiyalar Parkında, “Kibrit Tech” MMC-nin “İqlime” layihəsinə isə Mingəçevir Yüksək Texnologiyalar Parkında rezident statusu verilib. Hər iki layihəyə İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli tərəfindən qeydiyyat şəhadətnamələri təqdim olunub.
Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti “Hesab Shop” layihəsi - onlayn ticarət sahəsində kiçik, orta və böyük şirkətlər üçün internet üzərindən yeni satış kanalına imkan yaradan elektron ticarət platformasıdır. Azərbaycanın ilk və ən böyük onlayn ödəniş platforması hesab.az ölkə bazarında keyfiyyətli və peşəkar onlayn ticarət platformasını açır və böyük bazar payına sahib olmağı hədəfləyir.
Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti “İqlime” şirkəti əsasən kənd təsərrüfatı sahəsində örtülü torpaqların, istixanaların temperaturunu və rütubətini ölçən və nəzarət edən cihaz istehsal edir. Layihənin əsas məqsədi ölkənin kənd təsərrüfatının texniki inkişafına xidmət etmək, kənd təsərrüfatı məhsullarının istehsal həcmininin artırılmasına təkan vermək və istixana sahiblərinin işini asanlaşdırmaqdır.
İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli jurnalistlərə verdiyi müsahibəsində yaxın zamanlarda İnnovasiyalar Agentliyinin və rezidentlərin birgə maliyyələşməsi əsasında 3 yeni istehsal sahələrinin tikintisinə başlanacağını açıqlayıb. T. Kərimli həmçinin ölkədə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına dair Agentliyin həyata keçirdiyi işlərdən bəhs edib.
Eyni zamanda innovasiyalar sahəsinin mütəxəssisi Nicat Abdulla Azərbaycanda istehsal olunan işıq şüası ilə işləyən ridar sistemləri və uçan aparatlar barədə ətraflı məlumat verib.
Rezidentlər yüksək texnologiyalar sahəsinin inkişaf etdirilməsi, texnoparkda fəaliyyətin həyata keçirilməsi, innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və elmi tədqiqatların aparılması məqsədilə istehsal sahəsi ilə təmin ediləcək. Həmçinin, texnologiya parklarının rezidentləri - texnologiya parklarının qeydiyyat şəhadətnaməsini alan və orada fəaliyyət göstərən sahibkarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanununda onlar üçün nəzərdə tutulan bir sıra güzəştlərdən yaralana biləcəklər. Belə ki, rezidentlər texnologiya parklarında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə müvafiq fəaliyyətə görə mənfəət/gəlir, əmlak və torpaq vergisindən, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə ƏDV-dən və gömrük rüsumlarından azaddırlar.
Qeyd edək ki, İnnovasiyalar Agentliyinin tabeliyindəki Pirallahı və Mingəçevir Yüksək Texnologiyalar Parklarında rezidentlik statusunu almaqla bağlı bir sıra innovativ şirkətlərdən müraciətlər qəbul olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 7 saat sonra
- 17 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti





















.jpg)




