Azərbaycanda istehlak kreditləri üzrə faizlər artıb
Mərkəzi Bank ötən dəfə kəskin faiz endirməsinə baxmayaraq Azərbaycanda istehlak kreditləri üzrə orta faizlər açıqlandıMərkəzi Bank “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumat yayıb.
Marja məlumata istinadən xəbər verir ki, 31.12.2020-ci il tarixinə manatla verilən istehlak kreditləri üzrə orta faiz dərəcələri Sektorun orta faiz dərəcələri 19% - 24% civarındadır.
Orta faiz dərəcəsi kredit kartı vasitəsilə verilən kreditlər üzrə 24%, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 23%, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 24%, avtomobil kreditlər üzrə 19%, digər istehlak kreditləri üzrə 23% olub.
31.12.2019-cu il tarixinə orta faizlər 18% - 23% civarında idi.
2019-cu ilin sonunda orta faiz dərəcəsi kredit kartı vasitəsilə verilən kreditlər üzrə 23%, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 23%, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 21%, avtomobil kreditlər üzrə 18%, digər istehlak kreditləri üzrə 22% idi.
ABŞ Dollarında verilən kreditlər üzrə orta faiz dərəcələri isə geriləyib. Orta faiz dərəcəsi kredit kartı vasitəsilə verilən kreditlər üzrə 10%-dən 3%-ə, digər istehlak kreditləri üzrə 7%-dən 5%-ə düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 6 gün sonra
- 2 gün sonra
-
- 2 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 14 saat əvvəl
-
23 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı



























