Vergi Məcəlləsinə dəyişikliklər edilir
Vergi Məcəlləsinə dəyişiklik edilir.
Bununla bağlı layihə Milli Məclisə daxil olub və yanvarın 27-də parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə ediləcək.
Qanun layihəsi aşağıdakıları nəzərdə tutur:
1) ƏDV-dən müvəqqəti azad olma nəzərdə tutulmuş bir sıra mallar (işlər, xidmətlər) üzrə azad olma müddətinin uzadılması. Belə ki:
Buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı - 2017-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilib. Bu azadolmanın müddəti 1 yanvar 2021-ci il tarixdə bitir. Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə buğda idxalı və satışına, buğda ununun və çörəyin istehsalı və satışına tətbiq olunan ƏDV-dən azadolmanın daha 1 il müddətinə artırılması təklif olunur.
Habelə kəpəyin istehsalı və satışına tətbiq edilən azadolmanın 2021-ci ilin mart ayının 1-də bitdiyini və heyvandarlıq və quşçuluq sənayesinin inkişaf etdirilməsi nəzərə alınaraq həmin azadolmanın müddətinin daha 1 il müddətinə uzadılması təklif olunur.
Həmçinin ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsi – 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV azad edilmiş və azadolma müddəti 1 yanvar 2020-ci ildə bitib. Bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi prosesi hazırda davam etdiyindən azadolmanın daha 2 il müddətinə uzadılması məqbul hesab edilir.
Eyni zamanda dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən nizamnamələrində nəzərdə tutulan və onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsait hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsi – 2020-ci il yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azad edilib. Qeyd edilən azadolma müddətinin daha 1 il müddətinə artırılması təklif olunur.
2) Zərgərlik sənayesində islahatların aparılması, valyutanın xaricə axınının qarşısının alınması, bunun müqabilində qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı ilə məşğul olan yerli sahibkarların təşviq edilməsi, zərgərlik və nəqqaşlıq kimi qədim peşələrin inkişafına töhfə verilməsi, onların fəaliyyətinin dəstəklənməsi məqsədilə qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə təsdiqedici sənəd əsasında dəzgah, avadanlıq və qurğuların idxalının - 2021-ci il yanvarın 1-dən 3 il müddətinə və külçə, sikkə və qranul şəklində qızılın və gümüşün satışının əlavə dəyər vergisindən, eləcə də idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz - 2021-ci il yanvarın 1-dən 3 il müddətinə aksizdən azad edilməsi təklif edilir.
Kəlbəcər rayonun işğaldan azad edildiyini və rayonun böyük qızıl ehtiyatına malik olduğunu nəzərə alaraq, sözügedən vergi güzəştləri Kələbəcər rayonun qızıl ehtiyatının səmərli şəkildə istismar olunmasını təmin etməklə ölkə iqtisadiyyatına töhvə vermiş olacaq.
3) Dövlət tərəfindən həyata keçirilən iqtisadi siyasət çərçivəsində mərhələli şəkildə aksiz dərəcələrinin artırılması nəzərdə tutulub. Aksiz dərəcələrinin artırılmasının istehlakçıların alıcılıq qabiliyyətinə təsir imkanları nəzərə alınmaqla bu artımın sahibkarlıq subyektlərinin fəaliyyətinə mənfi təsir etməməsi daim diqqətdə saxlanılır.
Tütün məmulatlarının idxalının istehlakda xüsusi çəkisi 2017-ci ilin yanvar-oktyabr ayları üzrə 89,5 faiz, 2018-ci ilin yanvar-oktyabr ayları üzrə 74,5 faiz, 2019-cu ilin yanvar-oktyabr ayları üzrə 44,1 faiz təşkil edirdisə 2020-ci ilin müvafiq dövrü üzrə bu rəqəm 12,3 faiz təşkil etmişdir. Beləliklə tütün məmulatlarının daxili istehsalının istehlakda xüsusi çəkisi 87,7 faizədək yüksəlmişdir. Bununla da, aparılan iqtisadi islahatlar nəticəsində idxalın həcmi azalmaqla ölkə daxilində istehlak tələbatının yerli istehsal hesabına təmin edilməsi nəticəsində ölkə xaricinə valyuta axının azalması baş verib.
Bununla yanaşı, tütün məmulatlarının aksiz dərəcələrinin yüksəldilməsi nəticəsində cəmi istehlak 2017-ci ilin yanvar-oktyabr ayları üzrə 10 618 080 min ədəd təşkil edirdisə, 2020-ci ilin müvafiq dövrünə münasibətdə bu rəqəm 8 538 977 min ədədədək azalıb.
Eyni zamanda, tütün məmulatlarının istehsalı və idxalı ilə məşğul olan vergi ödəyicilərinin cəmi vergi ödənişləri 2017-ci il üzrə 87 909 200 manat olmuşdursa, bu rəqəm 2020-ci ilin yanvar-noyabr ayları üzrə 473 554 500 manat təşkil etmişdir və 2020-ci ilin sonuna cəmi vergi ödənişlərinin 520 milyon manat olması planlaşdırılır.
Eyni zamanda sağlamlığa ziyan olan məhsulların istehlakının azaldılması üçün səhiyyə sahəsində bağlanmış sazişlərin müddəalarında və digər beynəlxalq təşkilatların tələblərində aksizlərin mərhələli şəkildə artırılması müəyyən edilmişdir. Bu baxımdan tütün məmulatlarının həm istehsalı, həm də idxalı üzrə aksiz dərəcələrinin artırılması, habelə trubka tütünü, çəkmə, çeynəmə, sovurma, iyləmə tütünləri, habelə bütün növ qəlyanlar üçün nəzərdə tutulan tütün və tütün məhsullarının və qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının aksizli malların siyahısına daxil edilməsi təklif edilir.
Qeyd edilənləri nəzərə alaraq, aksizli mallar üzərində həyata keçirilən aksiz siyasətinin davam etdirilməsi məqsədilə aksizə cəlb olunan məhsullar və aksizli malların dərəcələri ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif olunur.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
32 d. əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
-
1 saat əvvəl
"Trendyol" və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib
-
1 saat əvvəl
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı
-
2 saat əvvəl
"Bank Respublika"nın biznes kreditləri portfelinin həcmi 1,1 milyard manatı aşıb
-
2 saat əvvəl
“AccessBank”ın biznes kreditləri portfeli 1 milyard manatı keçib
-
2 saat əvvəl
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı
Ən çox oxunanlar
“AccessBank”ın biznes kreditləri portfeli 1 milyard manatı keçib
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
Yanvarın 24-də gözlənilən hava şəraiti
Azərbaycanın xaricə fındıq satışından gəliri artıb - 171 MİLYON DOLLARA YAXIN QAZANC
Dünyanın ən çox qazanan futbol komandaları açıqlanıb
S&P: Azərbaycan bankları 2026-cı ildə dayanıqlılığını qoruyacaq
Vaxtında uçota durmayan “Classnet” internet provayderi cərimələndi























