"Azərbaycanın 2030-cu ilədək üzən məzənnə rejiminə keçməsi sual altındadır"
Ölkə iqtisadiyyatı, o cümlədən manatın məzənnəsi neftdən asılı olduğu üçün Azərbaycanın üzən məzənnə rejiminə keçməsi sual altındadır.
Marja xəbər verir ki, bunu tanınmış iqtisadçı Samir Əliyev bildirib.
"2015-ci il dekabrın 21-də üzən məzənnə rejiminə keçid elan edildi və manat devalvasiyaya uğradı. 2016-cı ildə qəbul edilmiş Yol Xəritəsində qeyd edildi ki, 2017-ci ildə tam üzən məzənnə rejiminə keçiləcək. Alınmadı. Sonra 2020-ci ilə kimi uzadıldı. Yenə alınmadı. Bundan sonra 2025-ci ilə qədər uzatsalar, yenə alınmayacaq. 2030-cu ilə kimi alınması da sual altındadır. Səbəb sadədir: Ölkə iqtisadiyyatı, o cümlədən manatın məzənnəsi neftdən asılıdır",- iqtisadçı deyib.
Samir Əliyevə görə, devalvasiyanın olub-olmayacağını demək çox çətindir: "Çünki bir çox məsələlər hələ də aydın deyil. Yəni hökumət gələn il nə etmək istədiyi hələ tam aydın deyil. Fiskal hədəflər açıqlandı, qaldı monetar hədəflər. Gələn il neftin özünü necə aparacağı da məlum deyil. Ona görə hökumətin nə düşündüyünü demək indiki zamanda çox çətindir. Devalvasiya ilə bağlı müəyyən qənaətlərim olsa da tam əminliyim yoxdur və ona görə mediadakı dostların təkidinə rəğmən bu barədə fikir bildirmirəm".
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
-
21 d. əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























