Uber-in zərəri qazancının yarısından çoxdur
Mobil cihazlar üzərində taksi xidməti təqdim edən Uber, 2016-cı il maliyyə göstəricilərini Bloomberg-ə təqdim edib.
"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, 2016-cı ildə ümumilikdə 20 milyard dollarlıq sifariş edildiyini bildirən şirkət, açıqlamasında, ötən il Çindəki itkilərinin bir qismini kompensasiya etdiyini qeyd etsə də 6,5 milyard dollarlıq xalis gəlirə qarşılıq (Çin istisna) zərəri 2,8 milyard dollar səviyyəsində olub.
75 ölkədə fəaliyyət göstərən Uber-in Çin bazarındakı rəqabətdə uduzmamaq üçün itirdiyi 1 milyard dollar da əlavə olunduqda şirkətin zərəri 3,8 milyard dollar olub.
Ötən ilin avqust ayında Çin bazarından çıxan Uber-in eyni sektorda fəaliyyət göstərən "Didi Chuxing"in 18 faiz səhmini satın alması itkilərinin kompensasiyası olaraq şərh olunur.
ÜÇ AYDA SİFARİŞLƏRDƏ 28% FAİZ ARTIM
İlk rüb balansını açıqlamaq istəməyən Uber-in 2016-nın son üç ayında aldığı sifarişlər 28% artıb. Yalnız üçüncü rübdə gəlir artımı 74 faiz olub. Həmin dövrdə itkilər də 6,1 faiz artaraq 991 milyon dollara çatıb.
2009-da yaradılan texnologiya nəhənginin məlumatlarına görə, səkkiz ildə 8 milyard dollar "buxarlanarkən", mövcud vəziyyətdə şirkətin 7 milyard dollar kredit borcu var.
Şirkətdən "Bloomberg"ə edilən açıqlamada keçən ilki itkilərə baxmayaraq, gəlir artmasından məmnun olduğu qeyd olunub:
"Sağlam bir böyümə trendinə malik olduğumuz üçün şanslıyıq".
SEKS QALMAQALINDAN OĞURLUĞA UZANAN İTTİHAMLAR
Nəqliyyat xidmətini yeni bir səviyyəyə qaldıran Uber, bir çox ölkədə "haqsız qazanc əldə edir" ittihamı ilə taksiçilər tərəfindən etiraz edilir.
Bundan başqa keçmiş Uber mühəndisinin təyin olunduğu müdiri tərəfindən şirkətin yazışma kanalı üzərindən cinsi təcavüzə məruz qaldığını və yeganə şəxsin özü olmadığını açıqlamasının ardından şirkətin rəhbər şəxsləri haqqında cinayət işi açılmışdı.
"Alphabet"in tərkibində sürücüsüz avtomobil texnologiyaları inkişaf etdirən "Waymo" da "sürücüsüz avtomobil texnologiyasında çox böyük əhəmiyyətə malik texnologiyanı oğurlamaq" itihamı ilə Uber-i fevral ayında məhkəməyə vermişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 34 d. əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
























