Unibank enerji effektivliyi üzrə EMTA ilə əməkdaşlıq müqaviləsi imzaladı
(®) “Unibank” KB ASC enerji səmərəliliyinin artırılmasına yönəlmiş təşəbbüslərin dəstəklənməsi istiqamətində Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Müqavilə çərçivəsində Unibank müvəkkil kredit təşkilatı qismində Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin təqdim edilməsini həyata keçirəcək.
Sənəd EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və “Unibank” KB ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov tərəfindən imzalanıb. Əməkdaşlıq çərçivəsində enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditlərin verilməsi, kreditlərin şərtləri, təyinatı üzrə istifadəsinin monitorinqi, geri qaytarılması və hesabatlılıq mexanizmləri müəyyən edilib.
EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov bildirib ki, banklarla əməkdaşlıq nəticəsində Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditlərin verilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, bu kreditlər enerji səmərəliliyi layihələrini həyata keçirənlər üçün əlverişli və faydalı dəstək rolunu oynayacaq.
“Unibank” ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov isə qeyd edib ki, bütün sahələrdə effektivliyin artırılması mühüm əhəmiyyət daşıyır və xüsusilə energetika sahəsində enerji səmərəliliyi aktual istiqamətlərdən biridir. O, “Unibank”ın bu sahədə həyata keçirdiyi layihələrə diqqət çəkərək, qarşılıqlı əməkdaşlığın davamlı inkişafına hazır olduqlarını vurğulayıb.
Bu əməkdaşlıq çərçivəsində enerji səmərəliliyi layihələrinin maliyyələşdirilməsi üçün yeni imkanlar formalaşır və dayanıqlı iqtisadi inkişafın təşviqinə mühüm töhfə verilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























