Hesab.az “Silahlı Qüvvələrə Yardım Fondu”-na 10 000 AZN ianə etdi!
(®️0 Bu gün hər birimizin ürəyi qələbə uğrunda düşmənlə vuruşan ordumuzla döyünür!
Hesab.az onlayn xidmətlər portalı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qürurla və mərdliklə döyüşən müzəffər ordumuzun yanında olduğunu bildirmiş və bu məqsədlə GoldenPay/Hesab.az, “Silahlı Qüvvələrə dəstək” sosial layihəsinə başlamışdı. Layihə artıq uğurla başa çatdı.
Məlumat üçün qeyd edək ki, Hesab.az-da istifadəçilər tərəfindən adi qaydada edilən ödənişlərə görə GoldenPay həmin ödənişlərin müəyyən faizini Hesab.az-da yaradılan daxıla əlavə etdi.
Hesab.az-da yaradılan daxıldakı məbləğ 5 000 AZN-ə çatdı və GoldenPay/Hesab.az olaraq üzərinə 5 000 AZN daha əlavə edərək, Silahlı Qüvvələrə Yardım Fonduna 10 000 AZN ianə etdi.
Beləliklə də, istifadəçilər Hesab.az-da adi qaydada ödənişlərini etməklə sosial dəstək layihəsində iştirak edərək, “Silahlı Qüvvələrə Yardım Fondu”-na dəstək olmuş oldular.
Məlumat üçün qeyd edək ki, Hesab.az onlayn xidmətlər portalına istifadəçilərin Müdafiə Nazirliyinin paylaşdığı rəsmi hesab nömrələrinə ödəniş etmələri üçün “Silahlı Qüvvələrə Yardım Fondu”-na ödəniş etmək xidməti də, əlavə edildi.
Belə bir dövrdə həmçinin, Hesab.az onlayn ödəniş portalı öz xidmət və məhsullarını daha sürətli, təhlükəsiz , funksional baxımından əlverişli olması üçün dayanmadan çalışır və öz fəaliyyətini daha da ciddi, məsuliyyətli şəkildə davam etdirir.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
























