Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı

“Gran Tierra Energy Inc.” şirkəti 65% iştirak payına malik olacaq.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

SOCAR ilə Baş ofisi Kanadada yerləşən “Gran Tierra Energy Inc.” şirkəti arasında Azərbaycan Respublikasının Quba–Xəzəryanı regionunda yerləşən qurudakı perspektiv sahəsi üzrə Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb.

Marja xəbər verir ki, sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Gran Tierra Energy Inc.” şirkətinin prezidenti və baş icraçı direktoru Gary Guidry imzalayıblar.

Sazişin şərtlərinə əsasən, layihənin operatoru qismində çıxış edəcək “Gran Tierra Energy Inc.” 65% iştirak payına malik olacaq.

Geoloji kəşfiyyat iş proqramına qravimetrik məlumatların toplanması, 3D seysmik tədqiqatların aparılması və müqavilə sahəsinin karbohidrogen potensialının üzə çıxarılmasına yönəlmiş kəşfiyyat quyularının qazılması daxildir.

Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minəcək.

İş elanları AzVak.az-da

SOCAR Gran Tierra Energy Inc. Quba–Xəzəryanı region quruda perspektiv sahə Kəşfiyyat İşlənmə və Hasilatın Pay Bölgüsü Sazişi Rövşən Nəcəf Gary Guidry operator şirkət iştirak payı 65% geoloji kəşfiyyat qravimetrik məlumatlar 3D seysmik tədqiqatlar kəşfiyyat quyularının qazılması karbohidrogen potensialı Azərbaycan Milli Məclisi ratifikasiyası enerji layihələri neft və qaz sektoru
19.02.2026 11:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18