Bankların kredit portfeli yenidən artır
Koronavirus pandemiyası ilə əlaqədar olaraq bank sektorunun kredit portfelində baş vermiş azalma 3-cü rübdə artım ilə əvəz olub.
Marja Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2020-ci ilin Fevral ayında bank sektorunun kredit portfeli 15 milyard 299 milyon manata çatmışdı. Mart ayından başlamış geriləmə iyul ayınadək davam etmiş və kreditlər 1 milyard 129 milyon 200 min manat azalmışdı. İyuldan artım bərpa edilib və cəmi kredit portfeli iyul-sentyabr dövründə 327,2 milyon manat artaraq Sentyabr ayının sonunda 14 milyard 497 milyon manata çatıb.
Təkcə Sentyabrda bank sektorunun kredit portfeli 192,8 milyon manat artıb.
2020-ci ilin 3-cü rübündəki artıma baxmayaraq cəmi kreditlər 2019-cu ilin sonu ilə müqayisədə 403,9 milyon manat azdır. 2019-cu ilin sonunda bank sektorunun cəmi kredit portfeli 14 milyard 900 milyon 900 min manat təşkil etmişdi.
Sentyabrda biznes kreditləri 100 milyon manata yaxın artıb
Sentyabr ayında biznes kreditləri 96,2 milyon manat artaraq cəmi 8 milyard 741 milyon 100 min manata, istehlak kreditləri 71,6 milyon manat artaraq cəmi 3 milyard 808 milyon 500 min manata, daşınmaz əmlak kreditləri isə 25 milyon manat artaraq cəmi 1 milyard 947 milyon 400 min manata çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 7 d. əvvəl
-
-
17 d. əvvəl
Azercell: Tarif paketlərini yeniləyərək mobil internet və danışıq imkanlarını artırırıq
- 33 d. əvvəl
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
"Bank of Baku"da iclas keçiriləcək
"İran Trampı öldürməyə çalışır"
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Ən çox oxunanlar
"QatarEnergy" LNG alıcıları üçün fors-major hal elan edib
Bakı Fond Birjasının ticarət dövriyyəsi kəskin azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”






















