970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan neftinin qiyməti 91 dolları keçdi

"Azeri Light" nefti bahalaşmaqda davam edir. Belə ki, Azərbaycan neftinin qiyməti artıq 91 dolları keçib. Bundan əvvəl dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,56 ABŞ dolları və ya 8,2 % artaraq 86,16 ABŞ dolları təşkil etmişdi.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan neftinin qiyməti 91 dolları keçdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bir neçə dəqiqə öncəyə olan məlumata görə, Azərbaycan nefti 87.48 dollara ticarət olunub.

XXX

Dünya bazarında Azərbaycan neftinin qiymətində artım qeydə alınıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 91.42 dollar təşkil edib. Gün ərzində Azərbaycan nefti 4.49 faiz bahalaşıb.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar səviyyəsində götürülüb. Hazırda dünya bazarında formalaşan qiymət isə bu göstəricidən xeyli yüksəkdir.Bu isə o deməkdir ki, neftin faktiki qiymətinin büdcədə nəzərdə tutulandan yüksək olması dövlət büdcəsinə əlavə gəlirlərin formalaşmasına müsbət təsir göstərə bilər.

Ekspertlərin fikrincə, qiymət artımına əsasən qlobal enerji bazarında geosiyasi risklərin artması və investorların enerji resurslarına marağının güclənməsi təsir edir.

Qeyd edək ki, “Azeri Light” Azərbaycanın ixrac etdiyi əsas neft markasıdır və onun qiymət dinamikası ölkənin enerji gəlirləri üçün əsas göstəricilərdən hesab olunur.

İş elanları AzVak.az-da

05.03.2026 08:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18