Gürcüstanda onlayn alış-verişlə bağlı narazılıq
Gürcüstanda xarici saytlardan onlayn alış-veriş vasitəsilə ölkəyə gətirilən poçt bağlamalarının dəyəri 300 larini keçərsə, həmin mallara 18% ƏDV tətbiq olunur. Bu isə Gürcüstan ictimaiyyətində uzun müddətdir ki, davam edən narazılıqlara səbəb olub, vətəndaşlar qanunun dəyişdirilməsini istəyir.
Bu barədə jurnalist Nata Patarayanın "Sputnik Gürcüstan"da yazdığı məqalədə bildirib. Müəllif deyir ki, 13 mindən çox insan xaricdən gələn və dəyəri 300 laridən (təxminən 95 dollar) çox olan malların gömrük rəsmiləşdirilməsinə məruz qalmamasını tələb edir və vergisiz onlayn alış-veriş üçün məhsul dəyərinin limitini 600 lariyə (təqribən 190 dollar) qaldırmağı təklif edir.
Müvafiq petisiya altında imzalar toplanır və təşəbbüskarlar artıq parlamentə müraciət ediblər. Vətəndaşlar millət vəkilləri tərəfindən təşəbbüsün nəzərdən keçiriləcəyinə və vergi qanunvericiliyində müvafiq dəyişikliklərin ediləcəyinə ümid edirlər.
300 lari gömrük rəsmiləşdirmə həddi 2009-cu ilin avqustunda, yəni Gürcüstanda bir dolların təxminən 1.5 lariyə (indiki məzənnə 1 dollar - 3.2 lari ) alındığı vaxtda qəbul edilib. Daha əvvəl 2007-2009-cu illərdə isə poçt bağlamaları üçün 1500 lariyə qədər gömrük rəsmiləşdirməsi həddi var idi.
"FedEx Georgia" nəqliyyat şirkətinin baş direktoru Nino Menteşaşvili "Sputnik Gürcüstan"a verdiyi müsahibəsində bildirib ki, 300 GEL limiti təyin olunduqda, təxminən 150 GEL-ə 100 dollar almaq olardı. Daha sonra milli valyutanın ucuzlaşması xarici saytlardan sifariş olunan malların qiymətlərini xeyli artırıb.
Əvvəllər bir istehlakçı xaricdən, şərti olaraq, 100 dollara ayaqqabı alırdısa, bu məbləğin ekvivalenti 250 lari olduğu üçün mallar gömrük rəsmiləşdirilməsinə məruz qalmırdı. Ancaq indi eyni 100 dollara milli valyutada alınan malların qiyməti 300 lari-dan çoxdur və istehlakçı da alış qiymətinə əlavə olaraq 18% ƏDV ödəməlidir. Bu bahalaşma uyğun olaraq insanların xaricdən daha az mal almasına gətirib çıxarır.
"İstehlakçıların sayı azalıb, çünki 300 lari 150 dollar ekvivalenti olduğu zamanla müqayisədə indi sərhəddə daha çox məhsul gömrük rəsmiləşdirilməsinə məruz qalır. Bu səbəbdən 600 lari dəyərindən az olan məhsulların vergiyə cəlb edilməməsi məntiqli olardı", - deyə Menteşaşvili müsahibəsində qeyd edib.
Şirkət direktoru hesab edir ki, bağlamalara qoyulan dəyərin limiti 600 lariyə qaldırılarsa, xarici saytlardan alış-veriş edən insanların sayı mütləq artacaq. Belə ki, xüsusən koronavirus pandemiyası ilə əlaqədar olaraq bu cür ticarətə tələb artıb.
"Ölkələr arasında hərəkətliliyin azaldığını və alış-veriş üçün xaricə səyahətlərin məhdudlaşdığını nəzərə alaraq, təbii ki, internet üzərindən məhsul sifariş etmək istəyənlərin sayı artıb. Buna görə də poçt bağlamalarında vergi tutulan məhsulların dəyər limiti 600 lari səviyyəsinə qaldırmaq təşəbbüsü yaxşıdır, bu əhali üçün böyük bir stimul olacaq. Əlbəttə, əgər insanların paltar almağa imkanları varsa".
Nino Menteşaşvilinin fikrincə, parlament təşəbbüsü nəzarətsiz qoymamalı, təklif olunan dəyişikliklər daşıyıcılara daha çox bağlama daşıması üçün şərait yaradacaq və alış qiymətləri də əhali üçün ucuzlaşacaq.
"Dövlət büdcəsinə gəldikdə, bunun əlbəttə necəsə hesablanması lazımdır, amma dəyişikliklərin fəlakətli maliyyə ziyanına səbəb olacağını düşünmürəm. Bu, sadəcə alış-verişdir və milli miqyasda mal dövriyyəsində ƏDV-dən azad olmaq deyil",-deyə Menteşaşvili qeyd edib.
Statistika Departamenti və Maliyyə Nazirliyi son illər Gürcüstan vətəndaşlarının xarici onlayn alış-verişlərin statistikası barədə məlumatları dərc etməyib. Maliyyə Nazirliyinin Gəlir Xidməti axırıncı dəfə 2017-ci ilin ilk altı ayına dair belə məlumat dərc edib. O zaman Gürcüstan sakinləri altı ay ərzində onlayn alış-verişə 81,9 milyon lari xərcləyiblər, o zamankı məzənnə ilə bu təxminən 34 milyon dollar təşkil edir.
Əvvəlki illərin məlumatları göstərir ki, Gürcüstanda onlayn alış-veriş ilbəil artır. 2015-ci ildə Gürcüstan sakinləri onlayn alış-verişə 86 milyon lari, 2016-cı ildə isə artıq 140 milyon lari pul xərcləyiblər.
Gürcüstan sakinlərinin ən çox onlayn alış-veriş etdiyi ölkələr siyahısında ilk beşliyə ABŞ, Çin, Almaniya, İngiltərə və BƏƏ daxildir.
Parlament iki il əvvəl 300 larinin artırılması məsələsini artıq müzakirə edib, Maliyyə Nazirliyinin onlayn alış-veriş həcmi barədə məlumatlarının son dərci bu dövrə aiddir. Daha sonra müxalifət partiyası "Avropa Gürcüstanı" Vergi Məcəlləsinin 199-cu maddəsinə dəyişiklik nəzərdə tutan qanun layihəsini təqdim edib. Təşəbbüs vətəndaşların poçtla aldığı malların vergisiz dəyər limitini 500 lariyə qədər artırmağı nəzərdə tuturdu. Ancaq o zaman millət vəkilləri bu qanun layihəsini qəbul etmədilər.
Daha sonra mediada düzəlişin qəbul edilməsi təqdirdə dövlət büdcəsinin üçün 40 milyon lari zərər görəcəyi məlumatı verildi.
Başqa bir cəhd isə 2018-ci ildə baş tutub. O zaman 60 yerli şirkət alışların vergiyə cəlb olunan dəyərini artırmaq üçün uğursuz lobbiçilik etməyə çalışıb. Həmin il onlayn alış-verişlərin illik dövriyyəsinin 400 milyon lari olaraq qiymətləndirilirdi.
Yeni ərizəyə gəlincə, Maliyyə və Büdcə Komitəsi bunun araşdırıldığını və tələbin nəzərdən keçirilməsi üçün qəbul edildiyini bildirib.
"Qafqazinfo"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 7 d. əvvəl
-
-
1 saat əvvəl
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
-
1 saat əvvəl
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir
-
2 saat əvvəl
"Fitch": Enerji qiymətlərinin yüksəlməsi Azərbaycanda iqtisadi artıma töhfə verə bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AFB Bank-dan peşə sahiblərinə yeni imkan – 50 000 AZN-dək “Peşə Krediti” ilə biznesinizi böyüdün!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Aprelin 29-da gözlənilən hava şəraiti
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir
Azərbaycan holdinqinə daxil olan şirkətin adı dəyişib
Ən çox oxunanlar
Şirkətin kapitalı 21 milyon manatdan çox azaldılıb
AFB Bank-dan peşə sahiblərinə yeni imkan – 50 000 AZN-dək “Peşə Krediti” ilə biznesinizi böyüdün!
Azərbaycan neftinin son qiyməti
Utilizasiya fəaliyyətilə məşğul olan şirkət zərərdən mənfəətə keçib
Neft qiymətləri daha da artıb
Rəsmi məzənnələr açıqlandı
Yaponiya Mərkəzi Bankı faizi dəyişdirmədi
"Siz yeni qaz yataqlarını kəşf edəcəksiniz və bizim bu məsələyə çox böyük marağımız var"







.jpg)






.jpg)





