Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini “Money20/20 Asia 2026” qlobal səhnəsinə daşıdı
(®) Qafqazda bankçılıq, ödəniş sistemləri və elektron ticarəti özündə birləşdirən ilk tam rəqəmsal inteqrasiya olunmuş Bir ekosistemi, Asiyanın ən böyük texnologiya tədbirlərindən olan “Money20/20 Asia 2026” konfransında ölkəmizin rəqəmsal iqtisadiyyata sürətli keçidini diqqətə çatdırıb. Qlobal sərmayədarların diqqətinin yeni inkişaf potensialı olan ölkələrə yönəldiyi bir vaxtda, tədbirdə Azərbaycanın inklüziv rəqəmsal iqtisadiyyat quruculuğunda əldə etdiyi uğurlar və ekosistem əsaslı innovasiyaların rolu xüsusi vurğulanıb.
Bir ekosisteminin Məhsul, marketinq və müştəri təcrübəsi üzrə rəhbəri Maksim Yevdokimov konfrans çərçivəsində Özbəkistanın ən böyük İT ekosistemi “Uzum”un həmtəsisçisi və Əməliyyatlar üzrə baş direktoru Roman Lavrentyevlə birlikdə 4000 iştirakçının qatıldığı konfransın xüsusi panel sessiyasında çıxış edib. “First Arc Capital” şirkətinin nümayəndəsi Fatima Almubbadın moderatorluğu ilə keçirilən paneldə qlobal təcrübələrin yerli strategiyalarla effektiv inteqrasiyası, müştəri etibarının gücləndirilməsi və rəqəmsal xidmətlərin gündəlik həyatın təbii və ayrılmaz hissəsinə çevrilməsinin uğurlu yanaşmaları müzakirə olunub.
Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycan hazırda iqtisadiyyatın şaxələnməsi, rəqəmsallaşma və innovasiyaların inkişafı istiqamətində yeni mərhələyə qədəm qoyub. Bu transformasiya üçün möhkəm əsaslar artıq formalaşıb. İllik Ümumi Daxili Məhsul artımı təxminən 10% təşkil edir, ölkə investisiya səviyyəli suveren kredit profilinə malikdir, əhalinin gənc yaş ortalaması 33,6, internetdən istifadə səviyyəsi isə 91%-i ötür.
Bununla yanaşı, bazarda rəqəmsal maliyyə xidmətləri və elektron ticarətin daha da genişlənməsi üçün böyük potensial mövcuddur. Nağdsız cəmiyyətə keçid prosesinin sürətlənməsinə baxmayaraq, xüsusilə elektron ticarətin ümumi pərakəndə dövriyyəsindəki payının (hazırda təxminən 3%) artırılması və daha geniş əhali kütləsinin müasir rəqəmsal həllərə cəlb edilməsi lokal innovasiyalar üçün mühüm imkanlar yaradır.
Mövzu ilə bağlı fikirlərini bölüşən Maksim Yevdokimov bildirib: “Bizim əsas hədəfimiz nağd ödənişlərdən rəqəmsal xidmətlərə keçid edən istifadəçilər və bizneslər üçün bu prosesi maksimum təhlükəsiz və rahat şəkildə təşkil etməkdir. Gündəlik həyatda ehtiyac duyulan bank, ödəniş və elektron ticarət xidmətlərini vahid bir platformada cəmləşdirməklə biz nəinki rəqəmsal keçidə dəstək oluruq, həm də istifadəçi məmnuniyyətini və aktivliyini daha yüksək səviyyəyə qaldırırıq. Qlobal bazarlarda “Kaspi” və “Gojek” kimi platformaların təcrübəsində uğurla sınaqdan çıxmış bu ekosistem modeli, Azərbaycanda da öz səmərəliliyini təsdiq edir və ölkəmizin rəqəmsal gələcəyinə birbaşa töhfə verir”.
Müştərilərin gündəlik ehtiyaclarını Birbank, Birmarket və m10 kimi aparıcı brendlər vasitəsilə vahid mərkəzdə birləşdirən Bir ekosistemi, 2025-ci ildə fəaliyyətə başladıqdan sonra qısa müddətdə 5 milyondan çox istifadəçiyə çatıb.
Ölkədə həyata keçirilən hər iki rəqəmsal ödənişdən biri məhz Bir ekosistem üzərindən aparılır. Bir ekosisteminin idarəetmə modeli uğurlu qlobal təcrübələrə əsaslansa da, yerli istehlakçıların davranış xüsusiyyətlərinə və vərdişlərinə tam uyğunlaşdırılıb. İnsanlara ehtiyac duyduqları xidmətləri ən sadə yolla təqdim etməklə, platforma cəmiyyətdə inamı artırır və rəqəmsal vərdişlərin formalaşmasını sürətləndirir. Ekosistemin əsas missiyası sürətli, təhlükəsiz və rahat xidmətlər təqdim edərək Azərbaycanda gündəlik həyatın əsas rəqəmsal bələdçisinə çevrilməkdir.
Bir haqqında
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Ətraflı məlumat üçün: bir.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 24 d. əvvəl
- 27 d. əvvəl
- 29 d. əvvəl
-
6 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 7 saat əvvəl
-
7 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
7 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ


















.jpg)




