OPEC+: "Neft bazarı yavaş yaxşılaşır"
OPEC+ qrupu, neft bazarlarının mərhələli olaraq yaxşılaşdığını, ancaq yaxşılaşmanın dünyada yeni növ koronavirusa (Kovid-19) yoluxanların sayındakı sürətli artım ilə əlaqədar olaraq gözləniləndən daha yavaş reallaşdığını açıqlayıbOPEC+ Qrupunun Ortaq Nazirlər Monitorinq Komitəsinin (JMMC) yığıncağından sonra verilən açıqlamada, qlobal neft təklifi və tələbi arasındakı fərqin azalması kimi bazar şərtlərinin gedərək yaxşılaşdığına dair bəzi işarələr olduğu bildirilib.
Marja xəbər verir ki, koronavirusa yoluxanların artması səbəbilə bazardakı yaxşılaşmanın daha yavaş reallaşdığı qeyd edilən açıqlamada, neft bazarında kövrəklik və tələblə əlaqədar qeyri-müəyyənliklər olduğu vurğulanıb.
Açıqlamada, qrupun, koalisiya üzvü olmayan Meksika da daxil olmaqla istehsalın azaldılması razılaşmasına iyul ayında 97% əməl etməsi yüksək qiymətləndirilib.
Neft İxrac edən Ölkələr Təşkilatından (OPEC) verilən açıqlamada, OPEC+ adı ilə tanınan və 23 ölkənin daxil olduğu qrupun, cəmi xam neft istehsallarını 1 Maydan 30 İyuna qədər gündəlik 9,7 milyon barel azaldacağı bildirilmişdi.
Gündəlik xam neft istehsalının azaldılması miqdarı 1 İyul -31 dekabr arasındakı 6 ay ərzində 7,7 milyon barel, 1 Yanvar 2020-30 Aprel 2022 arasındakı 16 ay ərzində isə 5,8 milyon barel olacaq.
Neft pessimist qiymətləndirmə ilə əlaqədar olaraq ucuzlaşıb və Brent neftinin qiyməti 45 dollardan da aşağı düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 1 saat əvvəl
-
1 saat əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
2 saat əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
2 saat əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
-
2 saat əvvəl
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 23-də gözlənilən hava şəraiti
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Ən çox oxunanlar
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb
Fransa bankı yüzlərlə əməkdaşını işdən çıxaracaq
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir






















