“Növbələri azaltmaq məqsədilə onlayn xidmətlərindən istifadəni tövsiyə edirik”
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamov ilə müsahibəSon aylar ölkə ərazisində xüsusi karantin rejimi ilə bağlı bir sıra xidmət sahələrində növbələr yaranıb. İnsan kütləsinin qapalı məkanlarda toplanmasının qarşısını almaq məqsədilə müştərilər mərkəzlərə növbəli şəkildə buraxılır. Ən çox növbələrin olduğu xidmət sahələrindən biri də kommersiya banklarıdır.
Bunun baş vermə səbəbləri, ümumiyyətlə banklarda olan vəziyyətlə bağlı ölkənin ən böyük banklarından olan Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamovdan müsahibə aldıq.
-Son zamanlar pandemiya ilə əlaqədar bir sıra xidmət mərkəzlərində olduğu kimi bankların da qarşısında insan kütləsinin toplanmasını və uzun növbələri müşahidə edirik. Kapital Bank filiallarının da qarşısında olan növbələr diqqətdən kənar qalmır. Hazırki durumda, bunun başvermə səbəbini şərh etməyinizi xahiş edərdik.
-Bildiyiniz kimi cari ilin mart ayından başlayaraq, koronavirusla mübarizə tədbirləri çərçivəsində ölkədə xüsusi karantin rejimi tətbiq olunub. Bununla da bir sıra yerlər kimi, bank filiallarında da sosial məsafəyə riayət olunması, qapalı məkanlarda insan sıxlığının aradan qaldırılması və bəzən qeyri-iş günlərində, həmçinin bayramlarda filialların işləməməsi tövsiyə olunur. Qeyd edim ki, Kapital Bank ölkə üzrə 3 milyondan artıq fiziki şəxslərə və 22 mindən artıq hüquqi şəxslərə xidmət göstərir. Bankımız, həmçinin bir sıra dövlət əhəmiyyətli sosial layihələrdə tərəfdaş qismində çıxış edir. Bu sırada təqaüd kartlarını, sosial kartları, fermer kartlarını və digər ödənişləri qeyd edə bilərəm. Bankımız hazırda filial şəbəkəsinin genişliyinə görə ölkədə liderdir. Bir neçə gün əvvəl müştərilərimizin istifadəsinə verdiyimiz İnşaatçılar filialı sayca 118-ci xidmət nöqtəsidir.
Filiallar önündə olan növbələrə gəlincə isə bildirirəm ki, ölkə üzrə olan xidmət nöqtəmizdə yalnız əməkdaşların 50%-i işə çıxır. Yəni filialda əməliyyat üzrə əvvəl təqribən 8 əməkdaş var idisə, hazırda bu sahəyə 4 əməkdaş cəlb olunub. Digər tərəfdən ölkə başçısının göstərişi ilə əhalinin işsiz təbəqəsinə, həmçinin kiçik və orta sahibkarlara birdəfəlik müavinətlərin ödənilməsinə başlanıldı. Bu sahədə də Kapital Bank digər banklardan fərqlənərək daha çox işsizə və sahibkara müavinətlərin ödənilməsində vasitəçilik etdi. Bu səbəbdən də filiallar önündə növbələr yaranıb.
-Bəs çıxış yolunu nədə görürsünüz?
-Sadaladıqlarımla yanaşı filiallara, həmçinin valyuta alqı-satqısı, pul köçürməsi, kart və ya cari hesab açmaq, əmanət yerləşdirmək, bitmiş ödəniş kartını uzatmaq üçün gələn müştərilərimizi qeyd etmək istərdim. 50% işçi personal ilə bu əməliyyatları həyata keçirmək daha çox zaman alır və filialların önündə növbələrə səbəb olur. Biz ənənəvi bank əməliyyatları üçün filiallara gələn müştərilərə onlayn və rəqəmsal xidmətlərimizi tövsiyə edirik. Artıq müştərilər bir sıra xidmətləri BirBank tətbiqi vasitəsilə həyata keçirə bilir ki, bununla da onların filiallara gəlməyinə ehtiyac qalmır.
-Bildiyimiz kimi hazırda, həmçinin bağlanan banklarda olan qorunan əmanətlərin ödənilməsində də Kapital bank müvəkkil bank olaraq seçilib. Bu da filiallara əlavə insan kütləsinin axını deməkdir...
-Tam doğrudur. İyun ayının 1-dən başlayaraq Bakı şəhəri üzrə AtaBank və Amrahbank-da qorunan əmanəti olanlar məhz Kapital Bank vasitəsilə ADİF tərəfindən ödənilən vəsaitlərini geri alıblar və hazırda da bu proses davam edir. Bugünkü qanunvericilik tələblərinə uyğun təəssüf ki, bu prosesi rəqəmsal müstəviyə keçirmək hələ ki, mümkün deyil. Lakin bu tip layihələr üçün rəqəmsal kanallardan istifadə, vəsaitin digital kart vasitəsilə geri qaytarılması fəal müzakirə olunan mövzulardandır.
Filiallarımızın önündə olan növbələrə gəlincə isə, bu növbələr Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tənzimlənir. Bundan başqa vətəndaşların sosial məsafəyə riayət etmələri üçün filialların qarşısında xüsusi nişanlar qoyulub və bu işlər hazırda da aparılır. Ümid edirik ki, tezliklə ölkədə olan xüsusi karantin rejimi bitəcək və biz əvvəllər olduğu kimi öyrəşdiyimiz iş şəraitinə qayıdacağıq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
6 d. əvvəl
Dövlət Neft Fondunun İcraçı direktoruna müşavir təyin edilib
-
- 17 d. əvvəl
-
35 d. əvvəl
SOCAR və “Pertamina” şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirilib
-
1 saat əvvəl
Ceyhun Bayramov: İranın Azərbaycana dron hücumları regionda gərginliyin artmasına xidmət edir
-
1 saat əvvəl
PAŞA Bank 8 Mart münasibətilə premium Miles&Smiles kartlarına 50% endirim elan edir
-
1 saat əvvəl
Müdafiə Nazirliyi: Cavab tədbirləri hazırlanır və bu hücum aktları cavabsız qalmayacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Xarici İşlər Nazirliyi: İran Naxçıvana dron hücumu edib, 2 mülki şəxs xəsarət alıb
-
2 saat əvvəl
Kənd təsərrüfatında güzəştli maliyyələşdirmə barədə bir sıra məsələlər tənzimlənəcək - FƏRMAN
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət Neft Fondunun İcraçı direktoruna müşavir təyin edilib
“Entrust” və “AzInTelecom” memorandum imzalanıb
Ceyhun Bayramov: İranın Azərbaycana dron hücumları regionda gərginliyin artmasına xidmət edir
Müdafiə Nazirliyi: Cavab tədbirləri hazırlanır və bu hücum aktları cavabsız qalmayacaq
Nazir “BlackRock” şirkətinin qlobal rəhbəri ilə görüşüb, imzalanmış Memorandum üzrə müzakirə aparılıb
Ən çox oxunanlar
Unibankdan xanımlara 8 Mart hədiyyəsi- 8 %-lik kredit
Kənd təsərrüfatında güzəştli maliyyələşdirmə barədə bir sıra məsələlər tənzimlənəcək - FƏRMAN
İran Naxçıvana dronla zərbələr endirib
Yeni “Qoşa” lotereyası satışa çıxıb
Bu dəfə Ermənistana gübrə də göndərir - Qatar Biləcəridən yola düşüb
























