Avtodilerlər hökumətə müraciət etdi
Koronavirus pandemiyası insanların sağlamlığı üçün son dərəcə ciddi təhlükə yaratmaqla yanaşı ən qüdrətli ölkələrin belə iqtisadiyyatını uçuruma yaxınlaşdırdı. Hazırda ekspertlər qlobal miqyasda biznesin bütün sahələrinə dəymiş çoxmilyardlıq ziyanları hesablamaqla məşğuldur. Şübhəsiz istehsalat, nəqliyyat, turizm və digər sektorlar maliyyə dəstəyi almadan dirçələ bilməyəcək. Bununla əlaqədar sahibkarlığa xüsusi yardım proqramları bütün dünyada olduğu kimi ölkəmizdə də həyata keçirilməkdədir. Ən müxtəlif sahələrdə fəaliyyət göstərən biznes subyektlərinə dövlət tərəfindən yardım edilir.
Yaranmış şəraitdə müxtəlif biznes-assosiasiyaların aktivləşməsi təbii haldır. Adətən belə birliklərin əsas missiyası da elə biznes nümayəndələri ilə dövlət qurumları arasında informasiya və dialoq körpüsü yaratmaqdan ibarətdir. Məlumdur ki, pandemiya və xüsusi karantin rejimindən ən çox ziyan çəkmiş sahələrdən biri avtomobil sektorudur. Ötən həftə 40-dan artıq aparıcı avtomobil markasını ölkəmizdə təmsil edən rəsmi idxalçılar və yerli avtomobil istehsalçılarının ictimai birliyi - Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) tərəfindən ölkənin avtomobil bazarında yaranmış vəziyyətlə əlaqədar Nazirlər Kabinetinə məktub göndərilmişdir. Bu barədə AADA-nın sədri Natiq Zərbəliyev açıqlama verdi:
Təşkilatımız ölkədə sivil avtomobil biznesinin bərqərar olması, istehlakçıların, yol hərəkəti iştirakçılarının və əlbəttə dövlətimizin maraqlarına xidmət edən mühitin formalaşmasına çalışır. Bunun üçün biz mövcud problemləri araşdırır, rəsmi qurumlar və ictmai təşkilatlarla müzakirələr aparır və ölkəmiz üçün faydalı olacaq təkliflərlə çıxış edirik.
Qeyd etməliyəm ki, avtomobil biznesində yaranmış mürəkkəb vəziyyətə baxmayaraq, pandemiya dövründə AADA üzvləri hökumətin təşəbbüslərinə qoşulur, Koronavirusla Mübarizəyə Dəstək Fonduna birbaşa maliyyə ianələri etməklə yanaşı sosial gərginliyin qarşısını almaq üçün əməkdaşların iş yerlərinin qorunması və gəlirlərindən məhrum olmamaları üçün bütün mümkün tədbirləri görür.
Təəssüf ki, avtomobil sektorunda pandemiyadan qabaq da yetərincə problemlər toplanmışdı. Yeni avtomobillərə tətbiq edilən gömrük və aksiz ödənişlərinin yüksək olması, əhaliyə avtomobil almaq üçün banklar tərəfindən təklif olunan əlverişsiz kredit şərtləri ölkəyə son illər külli miqdarda köhnə, yararsız və təhlükəli nəqliyyat vasitələrinin gətirilməsi ilə nəticələnir. Araşdırmalarımız göstərir ki, bu gün avtomobil parkının 77 faizindən çoxunu yaşı 10 ildən artıq olan avtomobillər təşkil edir. O cümlədən 300 mindən artıq minik avtomobili - 20 il, 125 mindən çoxu isə - 30 il əvvəl istehsal olunub. Bir sözlə avtoparkın cavanlaşmasına ciddi ehtiyac var - ekologiya, sağlamlıq, təhlükəsizlik və nəhayət gözəllik naminə. Amma bütün bunlar barədə bugünkü şəraitdə söz açmaq yersiz görünə bilər. Odur ki, AADA-nın NK-ə hazırki müraciəti konkret bircə problemlə bağlıdır. Məlumdur ki, avtomobil sektoru konyuktur dəyişikliklərinə çox həssas bir sahədir. Cari ilin aprel ayında yanvar ayına nisbətən rəsmi dilerlər tərəfindən iki dəfə az avtomobil satılmış, ehtiyat hissələri satışı kəskin düşmüş, servislərə gələn müştəri sayı 90%-ə qədər azalmışdır.
Avtomobil biznesinin özəlliyi ondadır ki, idxalçılar avtomobil və ehtiyat hissələr üzrə 3-6 ay öncədən sifariş verib istehsalçılar qarşısında öhdəliklər götürür. Bunun nəticəsində sektordakı böhrana baxmayaraq, sifariş olunmuş avtomobil və ehtiyat hissələrinin tədarükü istehsalçı zavodlar tərəfindən davam etdirilir. Dövriyyələrin kəskin azalması nəticəsində malların gömrük rəsmiləşdirilməsi idxalçılar üçün ciddi maliyyə yükünə çevrilmiş, hətta bəzi şirkətlərimiz üçün icrası qeyri-mümkün şəkil almışdır.
Mövcud qanunvericiliyə görə ölkəyə gətirilən mallar idxal rüsumları, aksiz və ƏDV ödənmədən müvəqqəti saxlanc rejimi altında 4 aya qədər qala bilər. Yaranmış şəraitdə bu "alətin" təkmilləşdirilməsinə, fərdi qaydada və xüsusi icazə ilə yox, avtomatik işləməsinə ehtiyyac var. Əks halda idxalçıların minlərlə avtomobili daha münasib şərtlər və rahat prosedurlar sayəsində qonşu ölkələrdə saxlanır, müxtəlif rüsum və ödənişlər də həmin ölkələrin büdcəsinə ödənilir.
Bizim xahişimiz ondan ibarətdir ki, rəsmi avtomobil idxalçılarının idxal etdiyi avtomobillərin "müvəqqəti saxlanc" adlanan xüsusi gömrük proseduru altında qalma müddəti 12 ayadək uzadıla bilsin. Avtodilerlər bu prosedurun rəsmiləşdirilməsi ilə bağlı gömrük yığımlarından 1 il müddətinə azad edilsin və müvəqqəti anbar kimi öz anbarlarından istifadə etməsinə icazə verilsin.
Bu təkliflərin tətbiqi avtomobil idxalçılarının maraqlarına xidmət etməklə yanaşı, coğrafi mövqeyimiz sayəsində yeni-yeni regional biznes imkanlarının yaranmasına, yeni iş yerləri açılması və son nəticədə dövlət büdcəsinə yeni yığımlara səbəb olacağına əminik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
2 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
2 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
3 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
Son Xəbərlər
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı























