Rabitəbank, SME və Mikro kredit üzrə karyera bankı layihəsinə start verir
®️Rabitəbank ali təhsilli gənclərin inkişafına öz töhvəsini verməyə hazırlaşır.
Layihəyə əsasən Rabitəbank bank sahəsində iş təcrübəsinə malik olmayan, universiteti yeni bitirən gənclərin uğurlu karyera qura bilmələri üçün, yeni inkişaf proqramının tətbiqinə başlayır.
Burada xüsusi müsahibələr nəticəsində seçilən namizədlərə adaptasiya proqramı, sahələri üzrə bütün texniki biliklər aşılanır, müxtəlif rol oyunları vasitəsilə müştərilərlə ünsiyyət, problemi idarəetmə, satış texnikaları, çarpaz satışın yolları və bu sahədə önəmli olan məqamlar öyrədilir.
Əsasən 2 həftə müddətinə müəyyən edilən təlimdə bankın struktur rəhbərləri təlimçi qismində təlimə cəlb edilirlər ki, bu da öz növbəsində yeni gələn namizədlərə həm bankdaxili qaydaları daha tez mənimsəmək, həmçinin mühitə daha tez adaptasiya olmaq və həmkarları ilə yaxından tanış olmaq imkanı verir.
Təlimin sonunda keçirilən test nəticəsinə əsasən namizədlər sertifikatla təmin olunaraq təcrübə mərhələsinə keçid alırlar. Qeyd edək ki, layihənin sonunda bütün mərhələləri uğurla başa vuran namizədlər Rabitəbankda iş ilə təmin olunma şansını əldə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 3 gün sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
11 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 11 saat əvvəl
-
14 saat əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
-
14 saat əvvəl
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
-
14 saat əvvəl
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
14 saat əvvəl
Volkswagen 4 zavodunu bağlamağı və 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır
-
14 saat əvvəl
Azərbaycan-Gürcüstan sərhədində yeni keçid məntəqəsi layihələndirilir
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
Ən çox oxunanlar
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
1 milyondan çox Azərbaycan vətəndaşı əsasən onlayn olmaqla xarici ölkələrdən 501 milyon dollarlıq şəxsi istifadə malları alıb































