“Nar”ın Baş İcraçı direktoru: "Gəlirlərimiz nəzərəçarpan dərəcədə azalır"
İnsanlar evdə olarkən mobil xidmətlərdən deyil, sabit internet və telefon şəbəkəsindən istifadə etməyə üstünlük verir“Koronavirus pandemiyası ilə mübarizənin aparıldığı bu həssas dövrdə “Nar” üçün ən vacib məsələ 2,3 milyon abunəçisinin xüsusi ehtiyaclarının nəzərə alınmasıdır. Mobil operator olaraq virusla mübarizə üçün təxirəsalınmaz addımlar atırıq”.
Bunu “Nar”ın Baş İcraçı direktoru Qunnar Panke xüsusi karantin rejimi dövründə müştərilərinə təqdim etdikləri xidmətlər barədə İTV telekanalına müsahibəsində deyib.
Q. Panke qeyd edib ki, müştərilərə fasiləsiz xidmətlər göstərmək üçün gücləndirilmiş iş rejimində çalışırlar. Abunəçilərin sağlamlığının mobil operator üçün böyük əhəmiyyət daşıdığını bildirən Baş İcraçı direktor xüsusi karantin rejimi dövründə müştərilər üçün özəl xidmətlər yaratdıqlarını bildirib.
Q.Panke müştərilərin evdə qalması üçün “Nar”ın təqdim etdiyi onlayn və səyyar xidmətlər, eləcə də şəbəkəsi haqqında da məlumat verib:
“Bu dövrdə bizim qarşımızda duran iki məsələ var idi. Birincisi, şəbəkəmizə xüsusi diqqət ayırdıq. Çünki karantin rejimində insanların daim əlaqədə qalması çox vacibdir. Ona görə də 24/7 rejimində şəbəkəyə nəzarət edən komandalarımız gücləndirilmiş rejimdə işləməyə başladı. İkincisi isə Müştəri Xidmətlərimizi tam hazır vəziyyətdə gətirdik ki, karantin dövründə abunəçilərimiz günün 24 saatı, həftənin 7 günü istənilən vaxt bizimlə əlaqə saxlaya bilsinlər.
Bundan başqa, koronavirus pandemiyasının mobil operatorun biznesinə təsiri barədə də danışan Q.Panke vurğulayıb ki, mart ayının ikinci yarısından etibarən, gəlirlərin nəzərəçarpan azaldığı müşahidə edilir. Çünki insanlar evdə olarkən mobil xidmətlərdən deyil, sabit internet və telefon şəbəkəsindən istifadə etməyə üstünlük verir. Bunlara baxmaraq, “Nar” abunəçilərinə təqdim etdiyi sərfəli qiymətlərə sadiq qalır:
"Koronavirsu pandemiyasının bizim işimizə ciddi təsiri oldu. Mart ayının ikinci yarısından etibarən biz gəlirlərimizin nəzərəçarpan dərəcədə azaldığını müşahidə edirik. Bunun da sadə bir səbəbi var ki, insanlar evdə olarkən mobil xidmətlərdən deyil, sabit internetdən və telefon şəbəkəsində istifadə etməyə üstünlük verirlər".
“Nar”ın Baş İcraçı direktoru Qunnar Pankenin müsahibəsinin videosu
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
13 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























