Hədiyyənin ütüsü, telefonu olmaz!

(©) İrşad Elektronics qadınlara nə hədiyyə etməyi tövsiyə edir?
Nə qədər, “Ona sevgim bir gün yox, hər gündür”, - desəniz də, diqqət və sevginizi hansısa günə bağlamamaqda israr etsəniz də, bilirsiniz ki, o, sizdən bu gün hədiyyə gözləyir!
Çünki bu gün onun öz təbiətinə, yaradılışına görə mübarizə ilə aldığı bir gündür. Ananız, bacınız, xanımınız, qızınız... olduğuna görə deyil, məhz qadın olduğuna görə onu qiymətləndirmək vaxtıdır.
Həyatınızın rahatlığını təmin edən, yaşamınıza sevinc qatan xanımların yüngül olmayan qadın yüklərini yüngülləşdirmək, onları sevindirmək üçün sizə İrşad Elektronics-dən bir neçə təklif var.
İrşad Elektronics deyir ki, martın 8-dək istədiyiniz məişət texnikasını ilkin ödənişsiz, faizsiz və komissiyasız olaraq, 18 aya hissə-hissə ödəmə şərti ilə ala bilərsiniz. Hətta nağd almaq istəsəniz, sizə 40 faizədək endirim təklif olunacaq. Onlar ən yaxşısına layiqdirlər, Siz də ən yaxşısını onlar üçün seçin!
Amma hədiyyə seçimi imkanınız bununla məhdudlaşmır. Sevdiyiniz səsi günün istənilən saatında eşidə bilməyiniz, hər zaman ən müasir ünsiyyət vasitələrindən istifadə edərək əlaqə saxlamağınız üçün bütün telefon modelləri ilkin ödənişsiz, faizsiz və komissiyasız olaraq, 12 aya ödəmək şərtilə seçiminizə təqdim olunur.
Əgər BirKart sahibisinizsə, hədiyyə seçimi imkanınız daha da genişlənər və daha sərfəli olar. Siz BirKart-la Samsung markasından bütün telefon modellərini ilkin ödənişsiz, faizsiz 18 ay hissə-hissə ödəməklə almaq imkanı qazanırsınız. İstənilən iPhone modelini ilkin ödənişsiz, faizsiz 24 ay hissə-hissə ödəməklə əldə edə bilərsiniz.
Hədiyyə üçün məişət texnikası seçmək qərarınız LG paltaryuyanı üzərində dayanarsa, sizə tozsoran hədiyyə olunur və ilkin ödənişsiz, faizsiz, 18 ay ərzində ayda 55 manat 50 qəpik ödəməklə xanımınızın rahatlığını təmin edən bu vacib məişət texnikası ilə onu sevindirə bilərsiniz.
Yaxud da LG paltaryuyan maşını almaq istəsəniz, siz çox praktik və rahat mini-wash hədiyyə əldə edəcəksiniz. Əl altında, tez-tələsik yuyulması istənilən əşyalar üçün ideal olan mini-wash texnoloji yeniliklərdən olduğundan, çox az qadının aldığı hədiyyələr sırasındadır! İlkin ödənişsiz, faizsiz, 24 ay hissə-hissə ödəmə şərtilə bu yeniliyi sevdiyinizə tanıdın!
Ya da ona televizor alın, sizin futbol matçlarınızda pult üstündə xətrinə dəyməyəsiniz! BirKart-la İrşad Elektronics-dən bir LG televizoru alsanız, ikincisi sizə hədiyyə veriləcək. İlkin ödənişsiz, faizsiz, 24 ay ərzində ayda 91 manat 63 qəpik ödəməklə siz ona sevdiyi serialı rahat izləmək imkanı hədiyyə edə bilərsiniz.
Bunlar İrşad Elektronics-in hədiyyə kampaniyalarının hamısı deyil. Saymaqla bitirə bilmədiyimiz hədiyyələri seçməkdə çətinlik çəksəniz, sadəcə, ŞadKart alın. Hədiyyəni özü seçəcək!
Onlara layiq olduqları “ən yaxşı”nı seçmək üçün İrşad Elektronics Samsung, LG, HONOR, Xiaomi və başqa tanınmış brendlərin məhsullarını təqdim edir. İrşad Elektronics ölkə üzrə 30-dan artıq mağaza ilə sizə çox yaxındır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 d. əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib
- 9 d. əvvəl
-
-
20 d. əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
- 26 d. əvvəl
-
30 d. əvvəl
Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
- 32 d. əvvəl
-
36 d. əvvəl
Bu gün Bakıda dəyəri 5,5 milyard dollarından çox olan sazişlər imzalanıb
-
44 d. əvvəl
Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu
-
47 d. əvvəl
Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"
-
1 saat əvvəl
Azərbaycanın iqtisadiyyat naziri “Trendyol Group”un prezidenti ilə görüşüb
-
1 saat əvvəl
"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"
Son Xəbərlər

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq

Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu

Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"
Ən çox oxunanlar

"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"

Porsche-nin səhmləri 8% ucuzlaşdı

Amerikalı milyarder BYD-dəki bütün paylarını satıb

"Ödənişli hərəkət zonalarında məqsəd şəxsi avtomobillərin şəhər mərkəzinə həddindən artıq daxil olmasının qarşısını almaqdır"

"AYNA-nın əlində daşıyıcıları tənbeh eləmək mexanizmi yoxdur, ancaq "brutto müqavilə" bu boşluğu dolduracaq"

Avtobus parkının yenilənməsi üçün dövlət dəstəyi – kreditlərə subsidiya və zəmanət təmin olunacaq
