Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
Bank Respublika Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər təqdim edəcəkÖlkənin aparıcı banklarından biri olan Bank Respublika və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləni “Bank Respublika” ASC-nin İdarə Heyətinin sədrinin müavini Elnur Həsənov və EMTA-nın İdarə Heyətinin sədr müavini Rövşən İsmayılov imzalayıblar.
İmzalanma mərasimində Rövşən İsmayılov Fondun fəaliyyət istiqamətindən danışıb və bildirib ki, banklarla əməkdaşlıq vasitəsilə Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditlər veriləcək. O, Bank Respublika ilə əməkdaşlıqda həyata keçiriləcək enerji səmərəliliyi layihələrinin uğurlu olacağına ümidvar olduğunu qeyd edib.
Elnur Həsənov qarşılıqlı əməkdaşlıqda Fondun yaratdığı imkanlar hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsində maraqlı olduqlarını bildirib. Əməkdaşlıq müqaviləsi çərçivəsində bu istiqamətdə layihələrin dəstəklənməsində mümkün perspektivləri diqqətə çatdırıb.
Qeyd edək ki, Enerji effektivliyi fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 mart 2024-cü il tarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunmasını Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) həyata keçirir. EMTA Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























