Gürcüstan faiz artırdı
Gürcüstan Milli Bankı uçot dərəcəsini 0,5 bənd artıraraq 9%-ə çatdırıb.
Bu barədə bankın yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, noyabr ayında illik inflyasiya 7% təşkil edib və nominal effektiv məzənnənin azalması inflyasiyaya əhəmiyyətli dərəcədə təsir göstərir.
Bu ilin sentyabr ayından etibarən Milli Bank məzənnənin dəyərdən düşməsinin inflyasiyaya təzyiqlərini neytrallaşdırmağa yönələn siyasəti sərtləşdirməyə başlayıb.
Bankın proqnozuna əsasən, ölkədə inflyasiya gələn ilin martından başlayaraq azalmağa başlayacaq. Pul-kredit siyasəti Komitəsinin gələcək qərarı inflyasiyanın mübadilə kursuna təsirinin nə qədər tez azalmasından asılı olacaq.
Monetar siyasət departamentinin növbəti toplantısı 2020-ci ilin yanvarın 29-na təyin olunub.
Qeyd edək ki, qonşu ölkənin Milli Bankı uçot dərəcəsini bu ilin sentyabrın 4-də 0,5 bənd artıraraq 7%, sentyabrın 25-də 5 bənd artıraraq 7,5%, oktyabrın 23-də isə 1 bənd artıraraq 8,5%-ə çatdırmışdı.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 13 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 4 saat əvvəl
-
4 saat əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
Əliyev və Bərzani görüşüb
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Ən çox oxunanlar
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti


























