Xırdalanda qurulan VİDAL Özəl Sənaye Məhəlləsi diqqət çəkir – Sahibkarlar burada görüşüb
MÜSİAD Azərbaycan Ticarət və Sektor Şuraları Komissiyasının təşkilatçılığı ilə VİDAL Özəl Sənaye Məhəlləsində üzvlər arasında 5-ci “Bir və Bərabər” adlı növbəti netvörkinq görüşü keçirilib. Tədbirin əsas məqsədi sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıq imkanlarının yaradılması, qarşılıqlı təcrübə mübadiləsinin təşviqi və ölkənin sənaye-investisiya potensialının tanıdılması olub.
Tədbirin açılış mərasimində çıxış edən MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Fuat Kayhan təşkilatın son dövrdə həyata keçirdiyi fəaliyyətlər, üzvlər arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən işlər və qarşıya qoyulan strateji hədəflər barədə ətraflı məlumat verib. O bildirib ki, MÜSİAD Azərbaycan sahibkarların hüquq və mənafelərinin qorunmasına, biznes münasibətlərinin inkişafına və iqtisadi əməkdaşlığın genişləndirilməsinə xidmət edən nüfuzlu platformadır.
VİDAL Özəl Sənaye Məhəlləsinin təsisçisi “Industrial Management and Development” MMC şirkətidir. Tədbirdə çıxış edən “Industrial Management and Development” MMC şirkətinin direktor müavini Cavid Qurbanlı qeyd edib ki, VİDAL Özəl Sənaye Məhəlləsi Azərbaycanda sənaye istehsalının inkişafına, innovativ sahibkarlığın təşviqinə və kiçik və orta biznes subyektlərinin dəstəklənməsinə yönəlmiş müasir sənaye platformasıdır. O vurğulayıb ki, layihə yerli və xarici investorlar üçün əlverişli biznes mühiti formalaşdırmaqla ölkənin qeyri-neft sektorunun inkişafına mühüm töhfə verir.
Bildirilib ki, VİDAL Özəl Sənaye Məhəlləsi Bakı–Quba şossesi istiqamətində, Xırdalan şəhərində yerləşən 2.2 hektar əsas ərazidə fəaliyyət göstərən müasir sənaye kompleksidir. Eyni ünvanda layihənin əlavə 5 hektar inkişaf ərazisi də mövcuddur. Həmin ərazidə gələcək mərhələdə istehsalçı şirkətlərin texniki tələblərinə, sahə ehtiyaclarına və fəaliyyət istiqamətlərinə uyğun yeni istehsalat sahələrinin inşa edilərək rezidentlərin istifadəsinə verilməsi nəzərdə tutulur.
Qeyd olunub ki, layihə çərçivəsində fəaliyyət göstərən 11 mərtəbəli kompleks istehsalat, inzibati idarəetmə, elmi-texniki araşdırma və startap fəaliyyəti üçün nəzərdə tutulmuş müasir infrastruktura malikdir. Burada müxtəlif ölçülü istehsalat sahələri, ofislər, inkubasiya mərkəzi, konfrans zalı, toplantı otaqları, yeməkxana, parklanma sahələri, fiber-optik internet, alternativ enerji təminatı, ehtiyat generator sistemi, mərkəzləşdirilmiş kommunikasiya xətləri, 24/7 təhlükəsizlik və video nəzarət sistemi yaradılıb.
Tədbir iştirakçılarına dövlət tərəfindən sənaye məhəlləsinin rezidentlərinə təqdim olunan güzəştlər barədə də ətraflı məlumat verilib. Bildirilib ki, İnvestisiya Təşviqi Sənədi əsasında rezidentlər aşağıdakı imtiyazlardan yararlanırlar:
- Mənfəət və gəlir vergisi üzrə 7 il müddətində 50 faiz güzəşt
- Əmlak vergisi üzrə 7 il müddətində 100 faiz azadolma
- Torpaq vergisi üzrə 7 il müddətində 100 faiz azadolma
- İstehsal fəaliyyəti məqsədilə idxal olunan avadanlıqlar üzrə ƏDV-dən 7 il müddətində 100 faiz azadolma
- İstehsal fəaliyyəti məqsədilə idxal olunan avadanlıqlar üzrə gömrük rüsumundan 7 il müddətində 100 faiz azadolma
VİDAL Özəl Sənaye Məhəlləsinin direktoru Teyyub Cabbarov çıxışında bildirib ki, sənaye məhəlləsi yalnız istehsal platforması deyil, eyni zamanda texnoloji inkişafı, innovasiyanı və yeni sahibkarlıq təşəbbüslərini dəstəkləyən müasir biznes ekosistemidir. O qeyd edib ki, burada fəaliyyət göstərən inkubasiya mərkəzi gənc sahibkarların və startap komandalarının inkişafına xüsusi dəstək göstərir.
MÜSİAD Azərbaycan Ticarət və Sektor Şuraları Komissiyasının sədri Samir Babaoğlu isə çıxışında belə görüşlərin sahibkarlar arasında qarşılıqlı etimadın gücləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və birgə layihələrin formalaşması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Tədbirin sonunda iştirakçılar arasında netvörkinq sessiyası təşkil olunub, müxtəlif sahələri təmsil edən iş adamları arasında yeni əməkdaşlıq imkanları və investisiya perspektivləri müzakirə edilib.
Telefon: +994 55 755 95 77
E-poçt: [email protected]
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
8 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
10 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 11 saat əvvəl
-
12 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 12 saat əvvəl
-
13 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək



























