Nüfuzlu beynəlxalq qurumun vitse-prezidenti Bakıya gələcək
Sentyabrın 25-də Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) vitse-prezidenti Hans Piter Lankes (Hans Peter Lankes) Bakıya gələcək.
Məlumata görə, iki gün davam edəcək səfər zamanı H.P.Lankes Azərbaycan hökumətinin iqtisadi komandasına daxil olan qurumların rəhbərləri ilə görüşməsi, müzakirələr aparması nəzərdə tutulub.
Bundan əlavə vitse-prezidentin Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) keçirəcəyi investisiyalara həsr edilmiş beynəlxalq konfransda da iştirakı gözlənilir.
Qeyd edək ki, H.P.Lankes 2017-ci ildən IFC-də iqtisadiyyatlar və özəl sektorun inkişafı üzrə vitse-prezidentdir.
Xatırladaq ki, Azərbaycan 1995-ci ildən IFC-yə üzvdür və bu vaxta qədər Korporasiya 72 layihə üzrə 500 mln ABŞ dolları civarında dövlət zəmanəti olmayan kredit ayırıb. Bu layihələrdən 56-ı uzunmüddətli layihələr olub. Həmçinin IFC özünün ticarətin dəstəklənməsi proqramı çərçivəsində 80 mln dollarlıq dəstək verib və Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinə isə 250 mln dollar kredit ayırıb.
Xatırladaq ki, Dünya Bankı Qrupuna daxil olan IFC “AGBank” ASC-də 4,2%-lik, “Access Bank” QSC-də isə 16,6%-lik paya malikdir.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)










