Almaniyada daha bir məlumat pis açıqlanıb
Almaniyada pərakəndə satışlar, iyulda proqnozdan çox - aylıq müqayisədə 2,2 faiz azalıb.
Almaniya Federal Statistika Ofisinin (Destatis) yaydığı müvəqqəti məlumatlara görə, mövsümi təsirlər xaric real pərakəndə satışlar, iyulda iyun ayı ilə müqayisədə 2,2 faiz geriləyib. Satışlar, 2018-in iyul ayına nisbətən isə 4,4 faiz artıb.
Pərakəndə satışların aylıq 1 faiz azalcağı gözlənirdi.
Sözügedən aylıq azalma ilin ən yüksək azalması olaraq qeydə alınıb.
Eyni zamanda İnternet və poçt vasitəsilə satışlar İyul 2018 ilə müqayisədə real olaraq 8,4% artıb. Almaniyada geyim mağazaları iyul ayında endirimə gediblər, xalq bu endirimlərə böyük maraq göstərir.
Almaniyada pərakəndə satışlar, aprel və may aylarında azalmanın ardından iyunda aylıq müqayisədə 3,5 faiz artım göstərmişdi.
Almaniya Pərakəndə Satıcılar Birliyi (HDE), 2019-da pərakəndə satışların ötən illə müqayisədə 2 faiz artacağını nəzərdə tutur. Ölkədə pərakəndə satışlar 2009-cu ildən bəri fasiləsiz artıb. HDE bu il pərakəndə satışların ümumi həcminin 537 milyard avroya çatmasını gözləyir.
Ticarət münaqişələri, qlobal iqtisadiyyatdakı yavaşlama və Brexit-ə dair narahatlıqlar Almaniyanın ixracına mənfi təsir edir. Almaniya iqtisadiyyatı böyümək üçün daxili tələbatın güclü olmasına asılı qalır.
Almaniya iqtisadiyyatı ilin ikinci rübündə 0,1 azalıb. Almaniyada ticarət münaqişələri və Brexit-ə görə iqtisadiyyatın bu il yalnız 0,5 faiz artacağı gözləyir.
Dünən açıqlanan məlumatlara görə, Almaniyada işsizlərin sayı artıb, inflyasiya zəifləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 9 d. əvvəl
-
19 d. əvvəl
Bu ilin 1-ci rübündə 925 mln. kVt·st “yaşıl enerji “istehsal edilib
-
- 24 d. əvvəl
- 38 d. əvvəl
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
İsrail və Livan arasında 10 günlük atəşkəs qüvvəyə minib
Trampın İranda müharibənin “yaxın zamanda başa çatacağını” deməsindən və İsrail–Livan atəşkəsindən sonra neft ucuzlaşır
Rəsmi məzənnələr açıqlandı
Netflix səhmləri 9% ucuzlaşıb
Ən çox oxunanlar
İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb

















.jpg)








