Bu ilin 1-ci rübündə 925 mln. kVt·st “yaşıl enerji “istehsal edilib
2026-cı ilin 1-ci rübü üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 6 991 mln. kVt·st olub.
Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bu dövrdə İES-lərdə 6 066 mln. kVt·st, SES-lərdə 510,5 mln. kVt·st, digər mənbələr üzrə isə 414,5 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında 247,7 mln. kVt·st, günəş elektrik stansiyalarında 91,3 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 75,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Yanvar-mart aylarında 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə külək elektrik stansiyalarında elektrik enerjisi istehsalı 238,2 mln. kVt·st artıb. Ümumilikdə SES-lər də daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 925 mln. kVt·st təşkil edib.
Rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6 076,8 mln. kVt·st (İES-lərdə 5 558,6 mln. kVt·st, SES-lərdə 508,1 mln. kVt·st, GES-lərdə 10,1 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 7,9 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 906,3 mln. kVt·st təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 142,4 mln. kVt·st, idxalı isə 35,0 mln. kVt·st olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Ən çox oxunanlar
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA






.jpg)















.jpg)

