"Apple"ın notbuklarına məhdudiyyətlər artır
"Apple Macbook Pro" kompüterlərinə tətbiq edilən uçuş məhdudiyyətləri artır. Buna səbəb "Macbook Pro"nun bəzi modellərində batareyanın qızaraq alovlanmasıdır.
Ötən Çərşənbə günü Qantas Hava Yolları verdiyi açıqlamada, "Apple Macbook Pro"ların bütün 15 düyümlük modellərinin əl baqajı içərisində kabinədə bağlı bir şəkildə daşınmasına icazə veriləcəyini açıqlayıb. Çərşənbə günündən etibarən bu qayda qüvvəyə minib.
"Marja" xəbər verir ki, rəqib şirkət "Virgin Australia Holdings Ltd." isə 26 Avqustda daha da irəli gedərək bütün "Apple" notbuklarının baqajda daşınmasını qadağan edib. Avstraliyanın ən böyük iki hava yolu şirkəti, öz-özünə yanma narahatlığından görə, kompyuterləri qadağan edən və getdikcə sayı artan şirkətlər siyahısına qoşulub.
2015 Sentyabr - 2017 Fevral tarixləri arası istehsal olunan 15 düyümlük "Macbook Pro" modelləri araşdırılır. "Apple", İyun ayında "məhdud sayda 15 düyümlük "Macbook Pro"ların köhnə modellərində batareyanın çox isinib yana biləcəyi" riskinə görə məhsullarını geri çağırmışdı.
"Singapur Airlines Ltd." və "Thai Airways International PCL" də sərnişinlərin bu modellər ilə təyyarəyə daxil olmalarını dayandırıb.
Bu ayın əvvəlində ABŞ Federal Aviasiya İdarəsi (FAA) "Apple"ın geri çağırmasının aparıcı aviaşirkətləri hərəkətə keçirdiyini bildirib. FAA, hava yolu şirkətlərinə, 2016-da geri çağırılan məhsullara qarşı təhlükəsizlik tapşırıqlarını yerinə yetirmələrini, başqa sözlə, problemli "Apple" məhsullarının baqaja və ya kabin baqajına daxil olmasına icazə verməmələrinin lazım olduğunu xatırladıb.
Avropa İttifaqı Aviasiya Təhlükəsizlik Komissiyası da 1 Avqustda öz xəbərdarlığını edib.
Təyyarələrin sərnişin şöbəsində telefon, kompyuter və digər avadanlıqların ifrat isinib alovlanması hadisələri görülməsinə baxmayaraq, bu vaxta qədər heç bir yanğın nəzarətdən çıxmayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
4 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım


























