Avro dollar qarşısında 3 ayın ən yüksək səviyyəsində - YENİLƏNİB
Avro Fed-in faizləri Avropa Mərkəzi Bankından (AMB) daha sürətli bir şəkildə aşağı salacağı barədə investor gözləntisinin təsiri ilə dollar qarşısında üç ayın ən yüksək səviyyəsinə qalxıb.
"Marja" xəbər verir ki, ABŞ-ın 10 illik istiqrazlarına üstünlük verən investorlar Almaniya istiqrazlarına yönəlib. Bu proses Avronu bahalaşdırır.
Valyuta bazarlarının gözləntisi Fed-in gələn ay faiz endirəcəyi istiqamətindədir. Buna qarşı, AMB-nin Sentyabr ayında faiz endirməsi gözlənilir.
Ötən həftə AMB Sədri Mario Draghi lazım olması vəziyyətində əlavə monetar təşviq siqnalı vermişdir.
Dollar G - 10 pullarının çoxu qarşısında ötən həftə ucuzlaşıb. Dolların 10 mühüm bazar pulu qarşısındakı dəyərini ölçən Bloomberg Dollar İndeksi 5 gündə təxminən 1.34 faiz geriləyib.
Avro/dollar məzənnəsi Bazar ertəsi əməliyyatlarda 1.14 ilə Martın ortasından bəri görülən ən yüksək səviyyəyə qalxıb (saat 19:30-a olan məlumat).
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz





















