DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib. Hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda da DOST mərkəzlərinin, habelə bir sıra bölgələrdə DOST filallarının yaradılması üçün layihə, təmir-tikinti işlərinin davam etdirilir.Yeni DOST mərkəzlərinin, filial və məntəqələrinin yaradılması bu il dəəsas hədəflər sırasındadır və DOST xidmətləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi istiqamətində cari ildə növbəti addımlar atılacaq.
Marja xəbər verir ki, bu barədə DOST Agentliyinin Müşahidə Şurasının iclasında bildirilib.
Şuranın sədri, əmək vəəhalinin sosial müdafiəsi naziri Anar Əliyev vurğulayıb ki, DOST modeli dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, innovativ yanaşmalar əsasında, çevik və tam şəffaf şəkildə göstərilməsini təmin edir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası mötəbər beynəlxalq qurumlar tərəfindən xüsusi mükafatlara layiq görülüb və bu gün bir sıra ölkələr DOST təcrübəsinə böyük maraq göstərirlər.
Qeyd edilib ki, 2019-cu ildən Bakı və bölgələrimizdə 7 DOST Mərkəzi, 2 DOST filialı, “Smart DOST” məntəqəsi və 2 DOST məntəqəsi istifadəyə verilib. İşğaldan azad edilmiş ərazilərimizə köçürülən sakinlərin də DOST xidmətlərindən faydalanması üçün Qarabağ Regional DOST Mərkəzi, habelə Zəngilanda “Smart DOST” məntəqəsi, Şuşa və Tərtərdə DOST filialları, Kəlbəcər və Füzulidə DOST məntəqələri açılıb.
DOST mərkəzlərində ötən dövrdə 4,2 milyon vətəndaşa xidmət göstərildiyi, xidmətlərdən məmnunluq səviyyəsinin 98,8 faiz olduğu diqqətə çatdırılıb. Hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda da DOST mərkəzlərinin, habelə bir sıra bölgələrdə DOST filallarının yaradılması üçün layihə, təmir-tikinti işlərinin davam etdirildiyi qeyd edilib.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Agentliyin və tabeli qurumların ötən ilki fəaliyyəti və 2026-cı il üzrə strateji hədəflərinə dair məlumat verib. İclasda DOST xidmətləri sahəsində görülən işlər və qarşıda duran hədəflər müzakirə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 13 d. əvvəl
- 35 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq imkanı: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın sığorta bazarı 5 %-ə yaxın böyüyüb
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi














.jpg)





