Valyuta məzənnələrinin dəyişməsi SOCAR-a böyük ziyan vurub
2017-ci illə müqayisədə SOCAR-ın gəlirləri artsa da xalis mənfəəti azalıb. Əsas səbəblər satışın maya dəyərinin artması, valyuta məzənnələrinin dəyişməsidir.
“Marja” SOCAR-ın illik hesabatına istinadən xəbər verir ki, bir əvvəlki illə müqayisədə 2018-ci ildə dövlət şirkətinin gəlirləri 18 milyard 627 milyon manat və ya 20,1% artaraq 111 milyard 198 milyon manata yüksəlib. Eyni zamanda, SOCAR-ın satış xərcləri 18 milyard 113 milyon manat və ya 20,7% artaraq 105 milyard 453 milyon manat təşkil edib. Nəticədə, ötən il satışdan xalis gəlir 5 milyard 730 milyon manat təşkil edib. 2017-ci ildə xalis gəlir 5 milyard 219 milyon manat təşkil etmişdi. Qısası, xərclərin artması gəlirin artmasını silib.
Ötən il SOCAR-ın əməliyyat gəliri (inzibati və digər ərclər çıxıldıqdan sonra qalan gəlir) 3 milyard 595 milyon manat təşkil edib. Bu, 2017-ci illə müqayisədə 1 milyard 73 milyon manat və ya 42,5% çoxdur. Amma valyuta məzənnələrinin dəyişməsi SOCAR-da 698 milyon manat zərər yaratdığından, maliyyə xərcləri 296 milyon manat artdığından və 572 milyon manat daha çox mənfəət vergisi ödənildiyindən xalis mənfəət 2017-ci illə müqayisədə 868 milyon manat və ya 41,5% azalaraq 1 milyard 224 milyon manata düşüb.
Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə SOCAR 2 milyard 92 milyon manat xalis mənfəət əldə etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)







