“Simsiz rabitə” şəbəkəsinin tutumu artırılır
Bakı Telefon Rabitəsi MMC (Baktelecom) yay mövsümü ilə əlaqədar “Simsiz rabitə” şəbəkəsinin tutumunu artırır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Bakı Telefon Rabitəsi” MMC yay mövsümündə Bakı ətrafı ərazilərə əhali axınını nəzərə alaraq bu il də “Simsiz rabitə” şəbəkəsinin əhatə dairəsini genişləndirir. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Marja”ya daxil olmuş məlumatda deyilir.
Məlumatda bildirilir ki, daha çox sakinə xidmət göstərmək məqsədi ilə mövcud 140 baza stansiyasının tutumu artırılaraq şəbəkə gücləndirilir. Həyata keçirilən tədbirlər əhalinin sıx məskunlaşdığı ərazilərdə fasiləsiz və keyfiyyətli telekommunikasiya xidmətlərinin verilməsini təmin edəcək.
Hazırda Abşeron yarımadasının bütün kəndlərində, eləcə də paytaxtın bəzi məhdud infrastrukturlu ərazilərində əhaliyə “Simsiz rabitə” xidməti göstərilir. Yaxın zamanda Bakının Müşfiq, Lökbatan, 20-ci sahə, 8-ci Kilometr əraziləri, həmçinin Ukrayna dairəsi ətrafındakı ərazilər “Simsiz rabitə” xidmətinin əhatə dairəsinə daxil ediləcək. Layihə çərçivəsində baza stansiyalarının sayı artırılaraq ilin sonunadək 30 minlik infrastruktur abunəçilərin istifadəsinə təqdim olunacaq.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Məlumat üçün bildirək ki “Bakı Telefon Rabitəsi” MMC tərəfindən təqdim olunan “Simsiz rabitə” xidməti LTE (LTE – Long Term Evolution) texnologiyası əsasında təmin olunur. Texnologiya məhdud infrastrukturlu ərazilərdə telefon çəkilişi və digər telekommunikasiya xidmətləri ilə təchizat problemini aradan qaldırmağa imkan yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 27 d. əvvəl
-
37 d. əvvəl
Bu ilin 1-ci rübündə 925 mln. kVt·st “yaşıl enerji “istehsal edilib
-
- 42 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
İsrail və Livan arasında 10 günlük atəşkəs qüvvəyə minib
Trampın İranda müharibənin “yaxın zamanda başa çatacağını” deməsindən və İsrail–Livan atəşkəsindən sonra neft ucuzlaşır
Rəsmi məzənnələr açıqlandı
Netflix səhmləri 9% ucuzlaşıb
Ən çox oxunanlar
İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb




.jpg)
.jpg)











.jpg)










