Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq borunun inşasına başlanıldı
Mayın 22-də Bolqarıstanın Kirkovo bölgəsində Azərbaycan təbii qazını bu ölkəyə nəql edəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (Interconnector Greece-Bulgaria (IGB) təməlqoyma mərasimi keçirilib.
Mərasimdə Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Bolqarıstanın Baş naziri Boyko Borisov, Yunanıstan Baş naziri Aleksis Tsipras, hər iki ölkənin enerji nazirləri, Avropa Komissiyası və Avropa İnvestisiya Bankının (EIB) yüksək səviyyəli rəsmiləri ilə yanaşı, müxtəlif ölkələrdən 150-dən çox qonaq iştirak edib.
Bununla da Yunanıstan-Bolqarıstan İnterkonnektorunun operatoru olan “ICGB AD” şirkəti boru kəmərinin inşasına başlayıb.
Baş nazirin birinci müavini Yaqub Eyyubov Azərbaycan, Bolqarıstan və Yunanıstanın təkcə enerji sahəsində deyil, digər sahələrdə də uğurlu və davamlı əməkdaşlığının vacibliyini vurğulayıb.
Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç ünvanladığı videomüraciətdə deyib: “IGB-nin həyata keçirilməsi bölgənin qaz təchizatı təhlükəsizliyini artıracaq və Avropanın enerji infrastrukturuna töhfə verəcək”.
Mərasimdə bildirilib ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru digər mühüm layihələrin - Cənub Qaz Dəhlizi, TANAP və TAP-ın birləşdirici funksiyasını daşımaqla geniş enerji strategiyası və Avropanın prioritetlərini müəyyən edir.
Xatırladaq ki, 2013-cü ilin sentyabrında “Bulgargaz EAD” “Şahdəniz-2” çərçivəsində ildə 1 milyard kubmetr qazın alışı ilə bağlı 25 illik saziş imzalayıb. Azərbaycan təbii qazı “Trans-Adriatik” (TAP) qaz boru kəməri ilə 2020-ci ildə Avropaya çatdırılacaq. Həmin il Yunanıstan-Bolqarıstan qaz şəbəkələrinin bir-biri ilə əlaqələndirilməsi planlaşdırılır. Bolqarıstan bu boru kəməri ilə 2020-ci ildən etibarən ildə 1 milyard kubmetr Azərbaycan qazı alacaq. Azərbaycan qazı Bolqarıstanın istehlakının dörddəbir hissəsini ödəyəcək.
IGB layihəsinin dəyəri təxminən 145 milyon avro qiymətləndirilir. Boru kəməri Şimal-Şərqi Yunanıstanın Komotini və Bolqarıstanın cənubundakı Stara Zagora bölgələrini birləşdirəcək. IGB qaz boru kəmərinin Komoti və Stara Zagorada çıxış nöqtəsi olacaq, Yunanıstan və Bolqarıstan milli təbii qaz sistemləri arasında birbaşa əlaqə yaradılacaq. 182 kilometrlik IGB boru kəməri Yunanıstandan Bolqarıstana ildə təxminən 3 milyard kubmetr təbii qaz nəqli qabiliyyətinə malik olacaq və gələcək bazar tələbatına əsasən bu həcmin illik 5 milyard kubmetrə çatdırılması imkanı var.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 15 d. əvvəl
-
-
1 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
1 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 1 saat əvvəl
-
1 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
15 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Mercedes yenə BMW-dən geri qaldı
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Ən çox oxunanlar
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"

























